İKZF-də sahibkarların manatla aldıqları kreditin təminatı mexanizmi müzakirə edilib

İKZF-də sahibkarların manatla aldıqları kreditin təminatı mexanizmi müzakirə edilibİpoteka və Kredit Zəmanət Fondunda (İKZF) sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı mexanizminə həsr olunan iki görüş keçirilib.
Bu barədə İKZF məlumat yayıb.
Belə ki, Fondla əməkdaşlıq edən müvəkkil bankların 40-a yaxın təmsilçisinin iştirakı ilə keçirilən görüşdə portfel təminatı mexanizmi ilə bağlı təqdimat nümayiş etdirilib.
Bank əməkdaşları portfel zəmanətinin verilməsi şərtləri, kredit üçün müraciət edən sahibkara qarşı tələblər, sənədləşmə, portfel zəmanətinin verilməsi proseduru və mexanizmin tətbiqi ilə bağlı digər məsələlər barədə məlumatlandırılıb.
Bildirilib ki, biznes subyektlərinin manatla aldıqları kreditlərə Fond tərəfindən portfel təminatının verilməsi bankların girov tələblərini yumşaltmaqla, mikro və kiçik sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişlənməsinə səbəb olacaq. Mexanizm, həmçinin, sənədləşmə prosesini və maliyyə vəziyyətlərinin təhlilini daha da sadələşdirməklə, kredit qərarlarının daha sürətli verilməsinə imkan yaradacaq.
Portfel təminatı mexanizmindən qeyri-neft sektorunda fəaliyyət göstərən, maliyyə institutu olmayan, mikro və kiçik sahibkarlar faydalana bilərlər. Mexanizm 3 aydan 3 ilə qədər müddətə götürülən, 5 min manatdan 50 min manatadək məbləğdə, illik faiz dərəcəsi 20 %-dək olan biznes kreditlərinə şamil edilir. Fond tərəfindən müvəkkil banklara verilən zəmanətin kreditə nisbəti maksimum 60 % təşkil edir.
Qeyd edək ki, Fond tərəfindən sahibkarlığa dövlət dəstəyi sahəsində yeni alətlər "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında" Prezidentin 2017-ci il 29 noyabr tarixli 1 691 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə ölkə başçısının 26 yanvar 2023-cü il tarixli 2002 saylı Fərmanına əsasən həyata keçirilir. / banker.az

Banklar     Tarix: 28 fevral 2024

Oxşar xəbərlər

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

Bankların şikayət indeksi açıqlandı – SİYAHI

Azərbaycan Mərkəzi Bankı kommersiya bankı müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb:. /

Leobank "Felis 2026"da qızıl mükafat qazanıb

Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic

ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı

ADA Universiteti və Bank of Baku-nun  uğurlu tərəfdaşlığı davam etdirilir. Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA"

"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb

"A-Qroup" sığorta şirkəti 2025-ci ilin yanvar–sentyabr aylarını 1 milyon 657 min 602 manat xalis mənfəətlə başa vurub. Şirkət 2024-cü ilin eyni dövründə 1 milyon 234 min 772 manat xalis mənfəət əldə etmişdi. Beləliklə

Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir

Ziraat Bank Azərbaycan korporativ sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqi və ekoloji maarifləndirmə məqsədilə keçirilən "Təbiətin Dostları Festivalı"nın baş sponsoru olub. Mərkəzi Nəbata

"Yelo Bank"ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq

"Yelo Bank" ASC-nin səhmdarları dekabrın 3-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda İdarə Heyətinin sədrinin və üzvlərinin vəzifələrinə yenidən təyin olunması məsələsinə baxacaqlar. bankın bildirişinə istinadə

Paraqvayda 3 milyon müştərisi olan bank çökdü – Rəhbəri istefa verdi

Paraqvayda təxminən 3 milyon müştərisi olan "Ueno Bank"ın müflisləşməsi ölkədə genişmiqyaslı maliyyə və siyasi böhrana səbəb olub. Bankın fəaliyyətinin dayandırılmasından sonra başlayan kütləvi etirazlar fonund


iqtisadi xeberler bu gunun xeberleri biznes qurmaq bank faizleri avtomobil xeberleri