İKZF-nin strukturunda dəyişiklik edilib
İpoteka və Kredit Zəmanət Fondunun (İKZF)Xəzinədarlıq departamentinin adı dəyişdirilərək Aktivlərin idarə olunması departamenti adlandırılıb.
Banker.az xəbər verir ki, departamentə İlhamə Hacıağa qızı İsabalayeva rəhbərlik edir.
O, əvvəl də Xəzinədarlıq departamentinin direktoru olub.
Xatırladaq ki, İpoteka və Kredit Zəmanət Fondu Prezidentin 25 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Fond ipoteka kreditləşməsini maliyyələşdirir, sahibkarların manatla aldıqları kreditlərə zəmanət verir və faiz subsidiyası ayırır. Qurum həmçinin yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsini həyata keçirir.
Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Xalq Bank ABŞ dolları ilə təqdim olunan əmanət məhsulları üzrə illik faiz dərəcələrini artırdı. Yenilənmiş şərtlərə əsasən, bu valyutada yerləşdirilən vəsaitlər üzrə illik gəlirlilik 3%-dək yüksəldilib. Yeni faiz dərəcələr
Bank risk götürmədən böyüyə bilməz - MÜSAHİBƏ
Bankın Risk departamenti dedikdə çoxları kredit müraciətlərinə "yox" deyən bölməni təsəvvür edir. Unibank KB ASC-nin Risklərin idarə edilməsi departamentinin direktoru İlkin Cabbarov isə bu yanaşma ilə razı deyil
ABB DigiLife onlayn jurnalını təqdim etdi
ABB daha bir rəqəmsal layihəsini – DigiLife onlayn jurnalını təqdim edib. Müxtəlif mövzularda faydalı məlumatları, maraqlı fikirləri, şəxsi təcrübələri bir araya gətirən yeni platforma hər kəsə həm oxucu, həm müəllif olma