IMF: Azərbaycan bankları yaxşı kapitallaşmış və mənfəətli olaraq qalır

IMF: Azərbaycan bankları yaxşı kapitallaşmış və mənfəətli olaraq qalır2025-ci ildə Azərbaycanda kreditləşmənin artım tempi əhəmiyyətli dərəcədə zəifləsə də, bankların kapitalizasiyası yaxşı səviyyədədir və onlar mənfəətli olaraq qalır.
Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon 2026-cı il fevralın 4-17 tarixlərində Bakıya səfərinin yekunlarına dair bildirib.
Proqnozlara əsasən, xalis daxili kreditləşmənin həcmi 2025-ci ildə əvvəlki illə müqayisədə 29,7 % artıb. Lakin, IMF kreditləşmə həcminin templərinin 2026-cı ildəki 11,2 %-dən 2032-ci ilə qədər 9,7 %-ə enəcəyini gözləyir. Ümumi kreditləşmə həcmindən fərqli olaraq, özəl sektorun kreditləşməsi seqmenti daha proqnozlaşdırıla bilən trayektoriyaya malikdir. Belə ki, 2026-cı ildə artımın 8,9 % səviyyəsində, 2027-2031-ci illərdə isə illik sabit olaraq 9 % səviyyəsində olacağı proqnozlaşdırılır.
"Kreditləşmə üzrə artım tempinin yavaşlamasını nəzərə alaraq, kontr-tsiklik kapital buferinin cari parametrlərinin saxlanılması məqsədəuyğundur, likvidliyin örtülmə əmsalının tətbiqi və xalis stabil maliyyələşmə əmsalının planlaşdırılan tətbiqi isə bank sektorunun dayanıqlığını dəstəkləyəcək", – A.Bordon vurğulayıb.
Onun fikrincə, Azərbaycan Mərkəzi Bankı tərəfindən bu yaxınlarda risk-yönümlü nəzarətin tətbiqi prudensial nəzarəti gücləndirəcək və "Bazel III" standartlarının mərhələli tətbiqi, eləcə də maliyyə təhlükəsizliyi sisteminin cari təkmilləşdirilməsi ilə yanaşı, maliyyə sabitliyini möhkəmləndirəcək və ictimaiyyətin bank sektoruna inamını daha da artıracaq. / banker.az

Banklar     Tarix: 21 fevral 2026

Oxşar xəbərlər

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca


iqtisadi xeberler dollar manat kursu investisiya bitkoin qiymeti dollar məzənnəsi