İnnovasiya Sammitinə sayılı günlər qaldı
®13 dekabr 2022-ci il tarixində Azərbaycanda 2-ci dəfə İllik İnnovasiya Sammiti keçiriləcək. "Bakı dünyaya səslənir!" şüarı ilə keçirilən tədbir PAŞA Holding-in təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə baş tutacaq. Kapital Bank isə sammitin baş sponsorudur.
Sammitin məqsədi texnologiya sahəsində aparıcı şəxsləri və şirkətləri, eləcə də innovasiya yönümlü startapları Bakıda bir araya gətirmək, onlar üçün peşəkar müzakirələr, fikir və təcrübə mübadiləsi imkanı yaratmaq və bununla da regionda innovasiya ekosisteminin formalaşmasına dəstək göstərməkdir.
Sammit zamanı ölkənin aparıcı şirkətlərinin nümayəndələrinin, dünyaca məşhur spikerlərin və yerli və xarici startapların iştirakı ilə təqdimatlar, panel müzakirələri, birtərəfli çıxışlar, startap təqdimatları, eləcə də "workshop"lar baş tutacaq. Sammitə öz sahəsində yeniliklərə imza atmaq, innovasiya ekosisteminin bir parçası olmaq və düzgün əlaqələr quraraq inkişafa keçmək istəyən hər kəs qatıla bilər. Tədbir barədə daha ətraflı məlumatı saytından əldə etmək olar.
Qeyd edək ki, bilet satışlarından əldə olunacaq gəlir regionlarda yaşayan və təhsil alan gənclərin, həmçinin region əhalisinin innovasiya və ümumi təşəbbüskarlıq mövzuları ilə əlaqəli sahələrin inkişafı üçün ayırılacaq.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 113 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — , Birbank kartı sifarişi üçün — . / banker.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Swift nədir?
Biznes plan necə yazılır?
Dropshipping nədir?
ƏDV geri al və onun üstünlükləri
Bitcoin necə işləyir?