İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi "Meqa Sığorta"nı seçdi
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi" əməkdaşlarının könüllü tibbi sığortası ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumata əsasən, tenderin qalibi "Meqa Sığorta" ASC-dir.
Tenderin nəticələrinə əsasən "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi" Publik Hüquqi Şəxs ilə "Meqa Sığorta" ASC arasında müvafiq sığorta müqaviləsinin bağlanması nəzərədə tutulur. Qalib şirkətə 213 min 384 manat ödəniləcək.
Qeyd edək ki, "Meqa Sığorta" ASC 2010-cu ildən fəaliyyət göstərir və hüquqi və fiziki şəxslərə 36 növ könüllü və icbari sığorta məhsulları, eləcə də 100% səhmdarı olduğu "Meqa Həyat Sığorta" ASC vasitəsi ilə həyat sığortası üzrə sığorta xidmətləri göstərir. Şirkət sığorta yığımlarının, sığorta ödənişlərinin və məcmu kapitalının həcminə görə sığorta bazarının lider şirkətlərindən biridir. / marja.az

Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
Biznes planı necə yazmaq lazımdır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
1000 manatla hansı biznesi qurmaq olar?
Françayzinq nədir və necə olur?
Marketinq nə demədir?