İnsan beyni 44 yaşdan sonra qocalmağa başlayir: alimlər bu prosesi necə yavaşlatmağın yollarini aşkarlayiblar

İnsan beyni 44 yaşdan sonra qocalmağa başlayir: alimlər bu prosesi necə yavaşlatmağın yollarini aşkarlayiblarABŞ alimləri insan beyninin təxminən 44 yaşdan etibarən daha pis düşünməyə başladığını bildiriblər. Stouni-Bruk Universitetinin əməkdaşları aparılan araşdırmalar nəticəsində ilk kognitiv qabiliyyətlərin pisləşmə əlamətlərinin orta hesabla 44 yaşda göründüyünü müəyyən ediblər. Bu araşdırmanın nəticələri PNAS jurnalında dərc edilib.
Beyin qocalmasinin səbəbləri
Amerikalı alimlər müəyyən ediblər ki, insan beyninin qocalması əsasən neyronlarda enerji çatışmazlığı səbəbindən baş verir. Bu amil kognitiv funksiyaların zəifləməsinə səbəb olur.
Araşdırmalara görə, yaşla bağlı düşünmə zəifliyi ən çox 67 yaşda nəzərə çarpır. Təxminən 90 yaşında isə bu proses stabil hala gəlir.
Beyin qocalmasini nə təsir edir?
Mütəxəssislər 19 300 könüllü insanın genetik məlumatlarını təhlil ediblər. Araşdırmalar göstərib ki, beyinin funksiyalarının zəifləməsi GLUT4 və APOE zülalları ilə bağlıdır. GLUT4 zülalı qlükozanın mənimsənilməsinə, APOE isə lipidlərin nəqlinə cavabdehdir.
Məhz APOE zülalı Altsheymer xəstəliyinin risk faktorlarından biri hesab edilir.
Beyin qocalmasini necə yavaşlatmaq olar?
Alimlər təsdiqləyiblər ki, beyinin qocalma prosesini alternativ enerji mənbələri vasitəsilə yavaşlatmaq mümkünüdür.
40-80 yaş aralığında olan 100-dən çox insanın iştirakı ilə aparılan təcrübələrdə iştirakçılara qlükoza çatışmazlığını kompensasiya edən qida əlavələri verilib. Təcrübənin nəticələri göstərib ki, onların neyrometabolik göstəriciləri normaya dönüb. Alimlərin sözlərinə görə, vaxtında edilən profilaktik tədbirlər neyrodegenerativ xəstəliklərin inkişaf riskini azalda bilər.
Bundan əvvəl Yaponiyalı alimlər ərik (qaysı) meyvəsinin qocalmanın qarşısını almaqda kömək etdiyini müəyyən ediblər. / banker.az

Maraqlı     Tarix: 12 mart 2025

Oxşar xəbərlər

Bu vint raketlər və təyyarələr üçün vacibdir, amma bir ədədini almaq illər çəkə bilər

Tramp administrasiyası sursat istehsalını sürətlə artırmağa çalışdığı bir vaxtda bu ixtisaslaşdırılmış vintlər bahalı və son dərəcə qıt komponent olaraq qalır. Xarici görünüşcə bu detal köhnə əşyalar qutusunda yeri olan mexanizm

"İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir"

"İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəccüb və təəssüf doğurur". Marja xəbər verirrki, bu, Azərbayca

Gömrükdə malların saxlanılması ilə bağlı yeni qaydalar qüvvəyə mindi

Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların müvəqqəti saxlanca verilməsi ilə bağlı yeni qaydalar müəyyənləşib. Bununla bağlı Gömrük Məcəlləsində dəyişikliklərlə əlaqədar iyunun 19-da qəbul edilən müvafi

Apple yeni iPhone-ların qiymətlərini açıqladı — 100 dollar bahalaşıb

Apple-ın ilk qatlanan iPhone-nun ekran ölçüləri açıqlandı — Ən böyük iPhone ekranıdır. Apple ilk qatlanan smartfonu iPhone Duo-nun bəzi əsas texniki xüsusiyyətlərini açıqlayıb. Yeni iPhone qapalı vəziyyətdə 5,4 düymlük xaric

Networking Azerbaijan ilə biznesdə yeni dövr başlayır

Networking Azerbaijan ilə biznes əlaqələrində ölkədə yeni dövr başlayır - "THE NET LOUNGE" layihəsi təqdim edildi. 13 avqust 2026-cı il tarixində Networking Azerbaijan platforması tərəfindən Azərbaycanda bizne

Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir

Çin şirkətləri on il əvvəl elektrik avtomobilləri sektoruna sürətlə daxil olmuşdular. İndi isə elektromobil bazarında sərt rəqabət fonunda artımın zəifləməsi onları humanoid robotlar (insanabənzər robot) sahəsinə yönəldir

"TikTok"la "Instagram"a girişdə problem yarandı

"TikTok" və "Instagram"ın işində problem yaranıb. Hazırda Azərbaycanda istifadəçilər şəxsi hesablarına girə bilmirlər. Hələlik problemlə bağlı "Meta" şirkətindən açıqlama verilməyib

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil ediləcək. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarla müəyyən edilib ki, Naxçıvan Dövlət Universiteti Naxçıva

Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur

Dünyada ilk müasir Azərbaycan ədəbi dilinin balanslaşdırılmış korpusu olan "azGLOBE" 31 oktyabr 2026-cı ildə Pekin Xarici Dillər Universiteti (PXDU) tərəfindən istifadəyə verilmişdir. "azGLOBE" korpus


iqtisadi xeberler bu gunun xeberleri investisiya bitkoin almaq bitkoin qiymeti