İpoteka krediti alanda əhali ən çox bu əmlakları girov qoyur

İpoteka krediti alanda əhali ən çox bu əmlakları girov qoyurÖlkəmizdə ipoteka krediti əldə edən zaman daha çox daşınmaz əmlak girov olaraq rəsmiləşdirilir. Belə ki, vətəndaşlar yaşayış evi və ya mənzil almaq üçün ipoteka kreditinə müraciət edirlər. Daşınmaz əmlakların daha çox alqı-satqı prosesində iştirak etməsi və girov predmeti olması isə bu bazarın canlanmasına səbəb olur. Bu sahə üzrə 2022-ci ilin yanvar-sentyabr aylarının statistikasına nəzər yetirək.
Banker.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, 2022-ci ilin ilk 9 ayı ərzində Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri ilk 3-lükdədir. Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzillərdir. Belə ki, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində 29.375 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Cari ilin 9 ayı ərzində girov qoyulmuş ümumi 51.347 əmlakdan 8.946-sı torpaq sahəsinin, 7.931-i isə fərdi yaşayış evinin payına düşüb.
Qeyd edək ki, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində ölkəmizdə 51 347 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 549 və ya 39.5% çox olub.
2022-ci ilin yanvar-sentyabr ayları ərzində
daşınmaz əmlak növləri üzrə ipoteka müqavilələri
Əmlak növləri
Müqavilə sayı
Ümumi göstəricidə payı (faizlə)
Mənzil
29375
57.2%
Torpaq sahəsi
8946
17.4%
Fərdi yaşayış evləri
7931
15.4%
Qeyri-yaşayış sahələri
1810
3.5%
Qeyri-yaşayış binaları
1709
3.3%
Bağ evləri
992
1.9%
Digərləri
584
1.1%
Ümumi say
51347
100.0%
Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi paytaxt Bakıda bağlanıb. Cari ilin yanvar-sentyabr ayları ərzində paytaxtda ümumilikdə 28.243  ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 55%-ni təşkil edir. Bakıdan sonra ən çox ipotekanın dövlət qeydiyyatı Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 4 saylı Abşeron (5781 müqavilə), 2 saylı Sumqayıt (3439 müqavilə), 3 saylı Gəncə (2394 müqavilə) və 5 saylı Xaçmaz ərazi idarələrində (2291 müqavilə) aparılıb. Həmçinin, 17 saylı Yevlax və 13 saylı Şirvan ərazi idarələri də ən çox girov qoyulan bölgələr sırasındadır.
Sıra №
Ərazi İdarələrinin adı
İpoteka müqaviləsinin ümumi sayı
Ölkə üzrə göstəricidə payı
(faizlə)
1.
1 saylı Bakı Ərazi İdarəsi
28243
55.0%
2.
4 saylı Abşeron Ərazi İdarəsi
5781
11.3%
3.
2 saylı Sumqayıt Ərazi İdarəsi
3439
6.7%
4.
3 saylı Gəncə Ərazi İdarəsi
2394
4.7%
5.
5 saylı Xaçmaz Ərazi İdarəsi
2291
4.5%
6.
17 saylı Yevlax Ərazi İdarəsi
1105
2.2%
7.
13 saylı Şirvan Ərazi İdarəsi
955
1.9%
8.
7 saylı Bərdə Ərazi İdarəsi
881
1.7%
9.
6 saylı Beyləqan Ərazi İdarəsi
810
1.6%
10.
10 saylı Lənkəran Ərazi İdarəsi
751
1.5%
11.
11 saylı Şəmkir Ərazi İdarəsi
718
1.4%
12.
12 saylı Şəki Ərazi İdarəsi
637
1.2%
13.
9 saylı Qəbələ Ərazi İdarəsi
631
1.2%
14.
16 saylı Ucar Ərazi İdarəsi
628
1.2%
15.
8 saylı Cəlilabad Ərazi İdarəsi
620
1.2%
16.
15 saylı Tovuz Ərazi İdarəsi
602
1.2%
17.
14 saylı Şamaxı Ərazi İdarəsi
438
0.9%
18.
18 saylı Zaqatala Ərazi İdarəsi
423
0.8%
Ölkə üzrə
51347
100%
Ayrı-ayrı əmlak növləri üzrə girovların ölkənin regionlar üzrə bölgüsünə nəzər saldıqda isə daha maraqlı nəticələr ortaya çıxır. Belə ki, cari ilin yanvar-sentyabr ayları ərzində ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Abşeron və Sumqayıtdır. Bütün girov qoyulan mənzillərin 92,6%-i bu üç ərazi idarəsinin payına düşür. Ölkənin regionlarında isə mənzillərin ən çox girov qoyulduğu bölgələr 3 saylı Gəncə, 17 saylı Yevlax, 13 saylı Şirvan ərazi idarələrinin xidmət dairəsində yerləşən şəhər və rayonlar üzrə müəyyən olunub. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 14 saylı Şamaxı (14 müqavilə), 9 saylı Qəbələ (14 müqavilə) və 11 saylı Şəmkir (23 müqavilə) ərazi idarələridir.
Mənzillərin ən çox girov qoyulduğu bölgələr
Sıra №
Ərazi İdarələri
İpoteka müqaviləsinin sayı
Ölkə üzrə göstəricidə payı
(faizlə)
1.
1 saylı Bakı Ərazi İdarəsi
21601
73.5%
2.
4 saylı Abşeron Ərazi İdarəsi
3298
11.2%
3.
2 saylı Sumqayıt Ərazi İdarəsi
2297
7.8%
4.
3 saylı Gəncə Ərazi İdarəsi
898
3.1%
5.
17 saylı Yevlax Ərazi İdarəsi
423
1.4%
6.
13 saylı Şirvan Ərazi İdarəsi
221
0.8%
Ölkə üzrə
29375
100%
2022-ci ilin 9 ayı ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə paytaxt ilk yeri tutur. Ancaq bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Ölkənin bölgələrində fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu rayonlar 3 saylı Gəncə, 5 saylı Xaçmaz, 7 saylı Bərdə və  10 saylı Lənkəran ərazi idarələrinin dislokasiyalarında yerləşir.
Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu bölgələr
Sıra №
Ərazi İdarələri
İpoteka müqaviləsinin sayı
Ölkə üzrə göstəricidə payı
(faizlə)
1.
1 saylı Bakı Ərazi İdarəsi
2220
28.0%
2.
4 saylı Abşeron Ərazi İdarəsi
1114
14.0%
3.
3 saylı Gəncə Ərazi İdarəsi
738
9.3%
4.
5 saylı Xaçmaz Ərazi İdarəsi
542
6.8%
5.
7 saylı Bərdə Ərazi İdarəsi
432
5.4%
6.
10 saylı Lənkəran Ərazi İdarəsi
334
4.2%
Ölkə üzrə
7931
100%
Cari ilin 9 ayı ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz, 1 saylı Bakı və 4 saylı Abşeron ərazi idarələri tamamlayır. Torpaqların ən az girov qoyulduğu bölgələr isə 8 saylı Cəlilabad (156 müqavilə) və 15 saylı Tovuz (170 müqavilə) ərazi idarələridir.
Torpaq sahələrinin ən çox girov qoyulduğu bölgələr
Sıra №
Ərazi İdarələri
İpoteka müqaviləsinin sayı
Ölkə üzrə göstəricidə payı
(faizlə)
1.
5 saylı Xaçmaz Ərazi İdarəsi
1529
17.1%
2.
1 saylı Bakı Ərazi İdarəsi
1440
16.1%
3.
4 saylı Abşeron Ərazi İdarəsi
1070
12.0%
4.
3 saylı Gəncə Ərazi İdarəsi
524
5.9%
5.
2 saylı Sumqayıt Ərazi İdarəsi
471
5.3%
6.
11 saylı Şəmkir Ərazi İdarəsi
446
5.0%
Ölkə üzrə
8946
100%

Banklar     Tarix: 01 noyabr 2022

Oxşar xəbərlər

"Global Finance" ABB-ni yenidən ölkə üzrə "İlin ən yaxşı bankı" seçdi

Dünyanın məşhur "Global Finance" jurnalı "İlin ən yaxşı bankı" mükafatının qaliblərini müəyyənləşdirib. ABB son 6 ildə 4-cü dəfə ölkə üzrə "İlin ən yaxşı bankı" seçilib. ABB bu mükafata mənfəətliliyinə

Oyun və əyləncə dünyasına işıq saçan yenilik – Rabitəbank "gamer"lər üçün yeni kart məhsulunu təqdim etdi

"Rabitəbank" ASC rəqəmsal innovasiyalar və yeni nəsil bankçılıq həlləri istiqamətində məhsul portfelini genişləndirərək "Gamer" auditoriyası üçün nəzərdə tutulan yeni kart məhsulunu təqdim edib. "Raha

Expressbankın dəstəyilə VI Autizm Festivalı baş tutub

Expressbank ASC növbəti sosial təşəbbüsə imza atıb. Bank Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Türk Dövlətləri Autizm Federasiyası və Azərbaycan Autizm Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən. V

Azərbaycanda bank işçiləri ilə bağlı qərar: Yeni imtahanlara cəlb olunacaqlar

Xəbər verdiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən banklar və xarici bankların yerli filiallarında ayrı-ayrı risk növləri üzrə stres-testlər aparılacaq. Stres-test modelinin qiymətləndirilməsi zamanı bankın stres-tes

"İdeal Kredit" BOKT-da rekord artım: Aktivlər, kreditlər və kapital yüksəlib

BOKT "İdeal Kredit" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Şirkətin nəticələri həm maliyyə dayanıqlığının, həm də davamlı inkişaf strategiyasının uğurla icra olunduğunu nümayiş etdirir. Təşkilatı

AccessBank, AmCham və Neurotime süni intellekt hakatonu təşkil edir

 Amerika-Azərbaycan Ticarət palatasının (AmCham Azerbaijan) təşkilatçılığı, AccessBank və Neurotime tərəfdaşlığı ilə "Building with AI: From İdea to Working Product" adlı birgünlük innovasiya hakatonu keçiriləcək

ABB-nin Özbəkistan bankının nəzarət səhm paketini alması üzrə əqdin dəyərinin 100 milyon dollardan çox olacağı proqnozlaşdırılır

ABB səhmdarlarının qərarı ilə Özbəkistanın "Davr Bank"ından nəzarət səhm paketinin alınması barədə razılıq əldə olunub. Müqaviləyə əsasən, ABB bankın 51%-ni əldə etməyi planlaşdırır. Bunu bu gün keçirilən mətbua

"PASHA Bank Georgia" 4 mln. lari üzərində xalis mənfəət əldə edib

"PASHA Bank Georgia" 2026-cı ilin I rübünü 4.07 mln. lari və ya 2.57 mln. Azərbaycan manatı* xalis mənfəətlə  başa vurub. Halbuki, bank 2025-ci ilin eyni dövründə 914.7 min lari zərər açıqlamışdı. xəbər verir ki

Mərkəzi Bank qiymətlər üzrə proqnozlarını qaldırdı – İllik inflyasiya 6%-ə yüksələ bilər

Azərbaycan Mərkəzi Bankının yenilənmiş may proqnozuna görə 2026-cı il üzrə illik inflyasiya 5.9 faizə yüksəldilib. Halbuki, 2026-cı ilin ilk fevral iclasında bu rəqəm 5.5 faiz təşkil edirdi. xəbər verir ki, 2027-ci il üzr


iqtisadi xeberler dollar kursu emlak xeberleri bu gunun xeberleri bitkoin qiymeti