İpoteka və Kredit Zəmanət Fondu ₼50 mln. borc cəlb edəcək – səbəb?

İpoteka və Kredit Zəmanət Fondu ₼50 mln. borc cəlb edəcək – səbəb?Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun 50 milyon manatlıq istiqraz buraxılışına dair emissiya prospektində əsas parametrlər açıqlanıb.
Banker.az xəbər verir ki, emissiya prospekti və ya informasiya memorandumunda nominal dəyəri hər biri 1 000 manat olan ümumilikdə 50 000 ədəd istiqrazın emissiyası nəzərdə tutulur. İstiqrazlar üzrə illik faiz dərəcəsi 3.25% müəyyən edilib, tədavül müddəti isə 20 ildir.
Fond ipoteka istiqrazlarını əsasən əhalinin yaşayış sahələri ilə təminatını yaxşılaşdırmaq və satmaq öhdəliyi ilə kirayə mexanizminin maliyyələşdirilməsi üçün ayırır. Bu ümumi maliyyə gələrinin mühüm hissəsidir. Lakin 2025-ci ilin təkcə yanvarında Fond ipoteka istiqrazlarından 150 mln. manat vəsait cəlb etmişdi.
Faiz ödənişləri hər 180 gündən bir hesablanacaq və 181-ci təqvim günündə həyata keçiriləcək. Faizlər istiqrazların nominal dəyərinin ödənilməmiş hissəsinə hesablanır. Əsas borcun, yəni nominalın ödənişi də faiz ödənişləri ilə eyni günlərdə aparılacaq və hər 180 gündə bir ümumi buraxılışın nominal dəyərinin 2.5%-i, yəni 1 250 000 manat məbləğində hissə-hissə geri qaytarılacaq.
İstiqrazların yerləşdirilməsi "Bakı Fond Birjası" QSC-nin ticarət sistemində kütləvi təklif üsulu ilə həyata keçiriləcək.
Emissiyadan əldə olunan vəsaitlər əhalinin yaşayış sahələri ilə təminatlılıq səviyyəsinin yaxşılaşdırılmasına yönəldiləcək və xüsusilə "yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə" mexanizminin maliyyələşdirilməsi məqsədilə istifadə olunacaq.
Bu ilin dövlət budcəsindən İKZF-ə subsidya kimi cəmi 100 mln. manat ayrılması nəzərdə tutulub. Bu 2025-ci ildə cəmi 85 milyon manat idi.
Xatırladaq ki, dövlət büdcəsindən İpoteka və Kredit Zəmanəti Fonduna ayrılmış vəsait 2025-ci ilin ilk 11 ayında 85 mln. manat olub ki, bu da bir il əvvəllə müqayisədə 3.1% azalma deməkdir. Fondun yerləşdirdiyi istiqrazların həcmi isə əvvəlki illə eyni olaraq 550 mln. manat səviyyəsində qalıb və bazarda maliyyə dəstəyinin stabil saxlanıldığını göstərir.
Azərbaycanda ipoteka kreditləri üzrə orta faiz dərəcələri 2020-ci ilin noyabrından bəri ən yüksək səviyyəyə çataraq 6.39% olub. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ipoteka faizləri 2020-ci ilə qədər təxminən 7% səviyyəsində olsa da, 2022-ci ilin yayına qədər azalaraq 6.31%-ə enmişdi. 2022–2023-cü illərdə ipoteka kreditlərinin həcmi artsa da, son dövrdə Mərkəzi Bankın sərt monetar siyasəti, o cümlədən uçot dərəcəsi və məcburi ehtiyat normaları üzrə sərtləşmə faizlərin yenidən yüksəlməsinə səbəb olub.
İpoteka və Kredit Zəmanət Fondu ₼50 mln. borc cəlb edəcək – səbəb?

Banklar     Tarix: 21 yanvar 2026

Oxşar xəbərlər

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca


iqtisadi xeberler birbank pul qazanmaq dollarin kursu bu gun valyuta xeberleri