İqtisadi Şuranın növbəti iclası keçirilib
14 aprel tarixində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın iclasının gündəliyində 2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi (OMBÇ), büdcə siyasətinin əsas istiqamət və hədəfləri, prioritet xərc istiqamətləri, ortamüddətli dövr üçün ilkin makroiqtisadi proqnozlar və makro-fiskal çərçivə, büdcə dayanıqlığı, 2027-ci il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnoz göstəriciləri, sosial siyasət və əsas göstəriciləri və digər cari iqtisadi məsələlər ətraflı müzakirə olunub.
Gündəlikdə olan məsələlər üzrə maliyyə naziri Sahil Babayevin, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin və iqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzələri dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar çıxış ediblər.
İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla gündəlikdə olan məsələlərə dair müvafiq qərarlar qəbul olunub. Maliyyə nazirliyinə və digər aidiyyəti qurumlara növbəti ilin büdcə zərfinin və OMBÇ sənədinin hazırlığı ilə bağlı müvafiq tapşırıqlar verilib. / marja.az

Unibank ağacəkmə kampaniyasında iştirak edib
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
AMB "Binance" şirkəti ilə kriptoaktivlərin tənzimlənməsi məsələlərini müzakirə edib
Banklarda ən sərfəli dollar əmanətləri – Noyabr 2026
Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"
"Bitcoin" 76 min dollardan aşağı düşüb - SON QİYMƏT
"Bank Respublika" mühüm təyinat baş tutub
PAŞA Bank "ZirvədəSən 2026" Təcrübə Proqramına yekun vurub
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkildi
Dünyanın ən çox maaş verən şirkətləri
İnstaqramda biznes qurmağın yolları
CV hazırlayarkən buraxılan 5 səhv
Birbank xidmətinə necə qoşulmaq olar?
Dünyanın ən zəngin idmançıları