"İşbazlar 300 dollarlıq limitdən sui-istifadə edib, mal gətirib satırlar, bizə mane olurlar"

Azərbaycanlılar yaxşı geyinməyi sevirlər və geyim seçməyi yaxşı bacarırlar. Amma indi vəziyyət o həddə çatıb ki,  əlverişli şərait olmadığına görə Azərbaycanda brend mağazalar yoxa çıxa bilər
FED.az xəbər verir ki, bunu Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının sədri Fərid Novruzi bildirib.
Onun sözlərinə görə, geyim mağazalarının problemləri pandemiyadan sonra – əhali onlayn mağazalardan alver eləməyi öyrənəndən sonra başlayıb: «Məsələ bundadır ki, pandemiya dövründə istehlakçılar onlayn mağazalardan geyimlər almağa başlayandan sonra geyim idxalçıları ciddi problemlə üzləşiblər».
Azərbaycanlılar pandemiya dövründə təkcə türk alış-veriş saytlarından bir neçə yüz milyon manatlıq geyim alıblar: «Rəsmi məlumatlara görə, karantin dövründə Azərbaycan istehlakçıları onlayn mağazalardan, xüsusilə də türk şirkətlərindən alış-verişlərə 165 milyon manatlıq pul xərcləyiblər.  Hərçənd türk mənbələri bu rəqəmin ikiqat artıq olduğunu bildirir. Bu böyük məbləğdir və yaxşı şərait olsaydı bu vəsaitlər ölkədə qalardı».
Fərid Novruzi bildirir ki, bunun səbəbi brend malların bahalığıdır və alıcılarn təbii olaraq xarici satış saytlarına müraciət edirlər: «Biz Assosiasiya olaraq, hətta bir müştəri kimi də başa düşürük ki, hər bir vətəndaşın seçim hüququ var və imkan varsa qənaət etmək istəyir. Amma biz həm də bizim mağazalardakı problemi başa düşməyə və həll etməyə çalışırıq. Brend mağazalarındakı qiymətlər istehsalçının (yəni geyimin istehsal edildiyi müəssisədən çıxan) qiymətlərdən ən çoxu 20-30% artıq ola bilər. Təəssüf ki, indi bu fərq 40%, bəzi hallarda isə, xüsusilə də mallar Türkiyədən gəlirsə, daha artıq olur».
Assosiasiya rəhbəri bildirib ki, indi brend mağazaları ciddi problemlərlə üzləşib və onlar həll olunmasa brend mağazaları ümumiyyətlə fəaliyyətini dayandıra bilər.
Bunlardan ən birincisi geyim idxalı üçün böyük vergi və rüsumların olmasıdır. F.Novruzinin sözlərinə görə, pərakəndə geyim idxalı iqtisadiyyatın ən qanunla işləyən sahəsidir. Hər bir idxalçı Assosiasiyamızın üzvüdür və vicdanlı vergi ödəyicisidir. Problemdə elə bundan başlayır: «Mağazada qiymətlər ona görə yüksək deyil ki, biz müştərilərin etibarından sui-istifadə edirik (yəni qiymətləri süni artırırıq – FED.az). Qiymətlər ona görə yüksəkdir i, inzibati xərclər bizi qiymətləri belə artırmağa vadar edir.
Təsəvvür edin ki, ölkəyə gətirilən geyim və aksessuarlar dərhal 15%-lik gömrük rüsumuna cəlb edilir. Bura 3-5% də sığorta xərclərini və çoxsaylı sertifikatları əlavə edin, daha sonra buna da 18% ƏDV-ni əlavə edin».
Assosiasiya rəhbəri bildirir ki, bu əlavələr nəticəsində geyim hələ ölkəyə daxil olanda, sərhəddə - bu geyimin qiyməti istehsalçı ölkədəki mağazadan yüksək olur. «Sual yarana bilər ki: bəs məhsulun qiymətinə nə qədər əlavə edilir? Belə baxanda bu qiymət fərqi – marja - bütün xərcləri əhatə etməlidir. Amma hər şey o qədər də asan deyil, problem ondadır ki, hazırda məhsulun qiymətinə əlavə edilən marja – bütün mövsümi endirimləri və sairi nəzərə alanda maya dəyərinin 50%-ni təşkil edir. Qiyməti bundan çox artırmaq ümumiyyətlə mümkün deyil və indiyədək qalan bütün müştəriləri itirmək deməkdir».
F.Novruzi geyim satılan mağazaların çoxsaylı qayğı və xərclərini də xatırladır: «Kənardan bizim biznes çox sadə görünə bilər – malı gətirdin, üstünə böyük qiymət artımı əlavə elədin, vəssalam. Amma az adam bilir ki, biz nə qədər işçi saxlayaraq, onlara nə qədər maaş verir, sosial və pensiya ödəmələri edirik, eləcə də onların tibbi sığotrta xərclərini ödəyirik., icarəyə nə qədər ödəyirik, nə qədər verg və rüsum ödəyirik». 
Assosiasiya rəhbəri bildirir ki, xarici onlayn satış platformalarından idxal üçün güzəştli şərtlər yaradılmasaydı, mağazalar bəlkə də bu vəziyyətdən çıxa bilərdilər.
«Hazırda fiziki şəxslər üçün şəxsi istifadə üçün ayda 300 dollarlıq limitdən sui-istifadı hallarını müşahidə edirik. Biz şəxsi istifadə ilə bağlı təyin edilmiş limitlərin əleyhinə deyilik. Amma bu güzəştdən işbazlar istifadə edir və vergidən yayınırsa, bu ədalətsiz rəqabət mühiti yaradır və onlara imkan verir ki, eyni malı daha ucuz qiymətə satsınlar. Nəticədə belə problemlər yaranır».
F.Novruzi bildirir ki, təşkilat limitlərin ləğvindən daha çox mağazalar üçün şərtlərin dəyişməsini vergilərin azaldılmasını istəyir ki, onlar vergi ödəməyən işbazlarla  rəqabət apara bilsinlər: «Biz və bizim əməkdaşlar da bu xalqın  bir hissəsiyik və biz şadıq ki, əhali belə asan olmayan vaxtda daha sərfəli qiymətə mallar ala bilir. Amma belə bir sual yaranır – bəs biz nə edək? 
Buna görə də hazırda biz bütün gücümüzü sərf edərək limitlərin dəyişdirilməsinə deyil, qanunvericiliyin bizim xeyrimizə dəyişdirilməsinə çalışırıq. Qurumun təklifləri belədir:
«Təklif edirik ki, ölkəyə idxal edilən mallar üçün gömrük rüsumu ləğv edilsin, qonşu ölkələrdə olduğu kimi. Eləcə də bəzi mallar, o cümlədən uşaq malları üçün ƏDV-nin dərəcəsi aşağı salınsın. Əgər biz buna nail ola bilsək, istehlakçıların onlayn mağazaların xidmətindən istifadə etməsinə ehtiyac qalmayacaq. Çünki artıq malları həm mağazalardan həm də onlayn satış platformalarından sərfəli qiymətə almaq mümkün olacaq. Əks halda bizim belə vəziyyətdə rəqabət aparmağımız çətin olacaq».
Qurum rəhbəri bildirirki, yaranan vəziyyətə görə hazırda bəzi mağazalar işçilərini ixtisar edirlər: «Onsuz da indi çoxları mağazaları və müvafiq olaraq işçiləri də ixtisar edir, ümumiyyətlə biznesi bağlayacaqlarını istisna etmirlər. Yuxarıda sadaladığımm problemlərlə yanaşı, saxta mallar problemi də var, hansı ki işbazlar ənənəvi ucuz mala brend yarlığı və ya müxtəlif loqotiplər yapışdırırlar. Bu problemin miqyasları dəhşətli dərəcədə böyükdür».
Assosiasiya rəhbəri xərcləri azaltmaq üçün geyimləri yerli satış saytlarında daha ucuz qiymətə satmaq imkanını və ya yerli istehsala keçməyi çıxış yolu saymır: «Onlayn satış məsələsi məhsulun ucuzlaşmasına kömək etməyəcək, çünki mallar yenə də yerli anbarlardan satılacaq, hansı ki, onlara inzibati və logistik xərclər tətbiq ediləcək, üstəlik bura onlayn mağaza xərcləri və çatdırılması xərcləri də əlavə olunacaq. Yerli istehsalın təşkil edilməsində də vəziyyət eynidir. Sahibkarlar bu dəfə xammalın gətirilməsi zamanı inzibati xərclərlə üzləşəcəklər. Çünk biz parça, sap, düymə və sair istehsal etmirik. Eləcə də bizdə istehsala başlamaq üçün müvafiq avadanlıq və sair yoxdur. Ona görə də indi geyimin Azərbaycanda istehsalı aktual deyil».
Assosiasiya rəhbərliyi vəziyyətdən çıxmaq üçün hökumətə bəzi təkliflərlə müraciət edib: «İlk növbədə biz hökumətin nəzərinə çatdırmaq istəyirik ki, geyim əşyalarının idxalı Ümumi Daxili Məhsul üçün, əmək bazarı və istehlakçıların hüquqlarının qorunması və təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyır.  Bizim məqəsədimiz – elə etməkdir ki, istehlakçılar məhsuldan razı qalsınlar və qənaət barədə düşünməsinlər, gedib alternativ satış imkanları axtarmasınlar. Hər bir vətəndaş geyim alarkən istehlakçı hüquqlarının qorunması hüququna malik olsun, lazım olarsa, onların qaytara və ya dəyişdirə bilsin, hansı ki, bunları onlayn satışlar zamanı etmək mümkün deyil.
İstehslakçılar geyimin keyfiyyətindən narahat olmasınlar, uşaq geyimlərinin qiyməti isə əlçsatan olmalıdır ki, onlar hər mövsümdə bir neçə dəfə istədikləri malları ala bilsinlər».
İş adamının sözlərinə görə, hökumət elə şərait yaratmalıdır ki, sahibkarlar bizneslərini bağlayıb başqa ölkələrə üz tutmasınlar: «Biz istəyirik i, hökumət idarəetmə rıçaqlarını işə salsın ki bizim kimi vicdanlı sahibkarlar və nümunəvi vergi ödəyicilərinə öz biznesimizi inkişaf etdirmək imkanı versin, daha biznesi bağlayıb başqa ölkələrin bazarına getməsinə məcbur etməsin».
F.Novruzi geyim mağazaları sahəsində biznesin dövlətə faydasını xatırladıb: «Özü də qeyd edim ki, biz ölkədəki iqtisadi proseslərin aktiv iştirakçısıyıq. Məsələn, biz nağdsız hesablaşmaların inkişafında aktiv iştirak edirik, əvvəllər nağdsız ödənişlər ümumi dövriyyənin 10%-i olduğu halda indi bu göstərici 70% həddindədir».
«Biz həm də Azərbaycanda biznes açmaq istəyən xarici invevsitorlar üçün ölkədəki iqtisadi sabitliyin göstəricisiyik. Çünki ölkədə xarici brendlərin olması ölkənin iqtisadi sabitliyinin göstəricisidir»-deyə iş adamı bildirir.
Assosiasiya rəhbərinin fikrincə: Geyim mağazalarında çoxsaylı iş yerləri yaradılıb: «Bizim assosiasiyanın üzvü olan şirkətlərdə təqribən 3000 nəfər çalışır, onların minimum əmək haqqı 450 manat ətrafındadır. Və onların hamısı qanunla nəzərdə tutulan sosial təminatla əhatə olunublar. Geyim satışı ilə məşğul olan amma assosiasiyaya daxil olmayan sahibkarların sayı qat-qat artıqdır və bu da həmin sahənin əmək bazarındakı rolunu göstərir».
Qurum rəhbəri hökuməti bu problemləri həll etməyə çağırıb: «Biz hökumətin və istehlakçıların diqqətinə çatdırmaq istəyirik ki, bizim biznesimiz üçün yaxşı şəraitin yaradılması istehlakçıların hüquqlarının qorunmasını təmin edəcək, inzibati xərclərin azaldılması qiymətlərin aşağı düşməsinə səbəb olacaq, eləcə də paralel olaraq olaraq bu sahədən büdcəyə daxil olan mənfəət vergi ödəmələrin artıracaq  – bu isə böyük məbləğlərdir. Təkcə Assosiasiyanın üzvləri hər il dövlət büdcəsinə 10 milyonlarla manat vergi ödəyirlər».
Assosiasiya rəhbərliyi qanunvericiliyə xüsusi əlavələrin edilməsini də istəyir: «Bizim assosiasiyanın üzvləri özlərini müdafiə olunmuş hiss etmək istəyir. Biz istəyirik ki, qanunvericiliyə geyimlərin pərakndə satışı ilə bağlı ayrıca maddələr və bəndlər əlavə edilsin ki, həm sahibkarların, həm də istehlakçıların huquqları qorunsun. Ona görə də, biz satışların həcmini bir sıra bonus kampaniyaları və aksiyaları vasitəsilə artırmağa çalışırıq. Bundan isə ilk növbədə istehlakçılar qazanır. Yeri gəlmişkən, Assosiasiya tərəfindən Azərbaycanda şoppinq festivalının keçirilməsinə də baxılır».
Fö.Novruzi bildirib ki, dövlət dəstəyi olmasa bu sahənin perspektivi olmayacaq: Əlbəttə assosiasiyanın bütün üzvləri öz biznes planları, bu vəziyyətdə bizneslərini necə qorumaq üzərində işləyirlər. Amma dövlət dəstəyi olmasa,  vergi və gömrük rüsumları yumşalmasa, bu sahənin inkişafından danışmaq yersizdir».

Biznes     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

83,4 milyon manat izamnamə kapitalı olan qurum ləğv edilir

"Birləşmiş Sukanal" MMC ləğv olunduğunu elan edir. 200 min manatlıq tikinti şirkəti ləğv olunur. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini 1012 Bakı şəhəri, Yasama

Pambıq lifi ixracı Azərbaycana 32milyon dollar valyuta gətirib

Bu ilin ilk 2 ayında Azərbaycandan 31 milyon 986 min dollar həcmində 23 min 827 ton pambıq lifi ixrac edilib. Azərbaycanın elektrik enerjisi ixracı 4 dəfə azalıb. biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsin

Dünyada son beş ildə silah ticarəti 9,2% artıb

2021–2025-ci illərdə dövlətlər arasında əsas silah növlərinin ixracı və idxalının həcmi 2016–2020-ci illərlə müqayisədə 9,2% artıb. Tramp: "İran heç vaxt nüvə silahına malik ola bilməz, raket sənayesi və donanması məh

Azərbaycanın kollektor agentliyi bankdan kredit götürür - YIĞINCAQ

"Boa Agency" ASC-nin (VÖEN: 150196011) səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Azərbaycanın fındıq şirkəti MMC-yə çevrilmə və ayrılma ilə yenidən - TƏŞKİL EDİLİR. İclas 06 aprel 2026-cı il tarixində saat 11:00-d

Azərbaycanda qadın sahibkarlara ayrılan qrantın məbləği açıqlandı

İndiyədək Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) tərəfindən 33 qadın sahibkara 500 min manatdan çox qrant ayrılıb, 36 qadın sahibkara "Startap" şəhadətnaməsi verilib. Son 5 ildə qadın sahibkara 66,

Tikinti şirkətinin nizamnamə kapitalı - 5 MİLYON MANAT AZALDILIR

"TVM İnşaat" MMC  nizamnamə kapitalını azaldır. "Bakı Məişət Maşınları" ləğv oluna bilər - YIĞINCAQ. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, MMC-nin nizamnamə kapitalının 6 milyon 189 min 61

Nəqliyyat şirkəti mənfəətini bölüşdürəcək - YIĞINCAQ

"Şəmkir Sərnişinnəqliyyat" ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. Britaniya şirkəti Azərbaycan filialını bağlayır. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncaq 2 may 2026-cı il tarixd

1 milyon manata yaxın vergi borcu olan 7,7 milyon manatlıq qurum bağlanır

"Gəncə Sukanal" TASC (VÖEN: 2300446411)  ləğv olunduğunu elan edir. 83,4 milyon manat nizamnamə kapitalı olan qurum ləğv edilir. Kreditorlar iki ay ərzində tələblərini 2001 Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi

Azərbaycanın tikinti şirkətinin rəhbərliyi seçiləcək - TOPLANTI

24 aprel 2026-cı il saat 10:00-da "Lənkəran Körpü Tikinti-3" ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək. Azərbaycanın taxıl şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR. biznes və maliyyə xəbərlər


iqtisadi xeberler 1000 manatla biznes depozit faizleri online pul qazanmaq dollar kursu