İslam bankçılığının tətbiqi ilə bağlı işçi qrupu yaradılıb
Azərbaycanda İslam bankçılığının tətbiqi üzrə müvafiq işçi qrup yaradılıb.
Bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev "Alternativ maliyyə bazarlarının Azərbaycanda inkişaf perspektivləri" mövzusunda konfransda deyib.
Onun sözlərinə görə, İslam bankçılığı son 20 ildəki qlobal dəyişikliklər və mənfi təsirlərin fonunda yeganə davamlı platforma olaraq qalıb.
"Azərbaycanda İslam bankçılığının tətbiqi üzrə müvafiq işçi qrup yaradılıb. Azərbaycanda İslam bankçılığı vasitələrinin tətbiqi ölkənin maliyyə sektorunu gücləndirəcək", – ABA rəhbəri bildirib.
Z.Nuriyev bank infrastrukturu və texnologiyalar nöqteyi-nəzərindən ölkəmizin İslam bankçılığı elementlərinin qısa zamanda tətbiqinə hazır olduğunu vurğulayıb. / banker.az

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Expressbank Bərdədə 300 ağac əkib
Kriptovalyuta nədir və necə alınır?
Kriptovalyuta nədir?
Elon Musk kimdir?
İlon Mask kimdir?
Biznes planı necə yazmaq lazımdır?