Kapital Bank 7 nominasiya üzrə mükafatlandırılıb
(®) Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən "Bankçılıq Mükafatları – 2025"in qalibləri müəyyən olunub. Kapital Bank 7 nominasiyada mükafata layiq görülüb.
ABA-nın 35 illik yubileyinə təsadüf edən qiymətləndirmənin nəticələrinə əsasən, Kapital Bank "Korporativ sosial məsuliyyət", "Maliyyə savadlılığı dəstəkçisi", "Təhsil dəstəkçisi", "Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü", "Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi", "Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarifləndirmə layihələri" və "Beynəlxalq əməkdaşlığın inkişafında fərqlənən bank" nominasiyaları üzrə qalib olub.
Qeyd edək ki, Kapital Bank ötən il ərzində bu istiqamətlərin hər biri üzrə məqsədyönlü və davamlı layihələr həyata keçirib. Bankın korporativ sosial məsuliyyət təşəbbüsləri, maliyyə savadlılığının artırılmasına və təhsilə dəstəyi, sahibkarlığın inkişafına töhfələri, rəqəmsal ödənişlər sahəsində innovativ yanaşmaları və təhlükəsizlik üzrə maarifləndirmə fəaliyyəti, eləcə də beynəlxalq əməkdaşlıq istiqamətində atdığı addımlar onun uzunmüddətli inkişaf strategiyasının əsas prioritetlərini təşkil edir.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz. / marja.az

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Bill Qeyts kimdir?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
SMM nə deməkdir?