Kapital Bank BAFT-ın Beynəlxalq Ticarət və Regional Banklar konfranslarına qatılıb

Kapital Bank BAFT-ın Beynəlxalq Ticarət və Regional Banklar konfranslarına qatılıb®2–4 noyabr 2022-ci il tarixlərində ABŞ-ın Hyuston şəhərində Maliyyə və Ticarət üzrə Banklar Assosiasiyası (BAFT) Beynəlxalq Ticarət və Regional Banklar konfranslarını təşkil edib. Tədbirlərə Kapital Bank-ın İdarə Heyəti sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri Vüqar Sadiq qatılıb.
Beynəlxalq Ticarət Konfransı təchizat zənciri, ticarətin rəqəmsallaşması, davamlılıq/ətraf mühit, sosial və korporativ idarəetmə, geosiyasət, tənzimləmə, komplayens, eləcə də beynəlxalq ticarətə və onun maliyyələşməsinə təsir edən digər aktual məsələləri diqqət mərkəzinə gətirib. Konfransda bank ekspertləri, müxtəlif hökumətlərin rəsmiləri, beynəlxalq ticarət və təchizat zəncirində iştirak edən digər qurumların nümayəndələri iştirak edirdi. 2022 Regional Banklar Konfransı isə bankları maraqlandıran mövzuları müzakirə etmək və iştirakçılar arasında fikir mübadiləsi aparmaq üçün keçirilib.
"Bu gün qlobal geosiyasi qeyri-müəyyənlik bütün dünyada bankları bir sıra çağırışlarla üz-üzə qoyur. Buna görə, o cümlədən Covıd-19 pandemiyasının yaratdığı çətinliklər səbəbindən banklar öz tənzimləmə və komplayens siyasətlərində əlavələr və dəyişiklər etməyə məcbur olublar. Konfransların məqsədi məhz bu kimi mövzuları müzakirə etmək, həmçinin beynəlxalq ticarətin və təchizat zəncirinin maliyyələşməsinin davamlı və dayanıqlı şəkildə təmin edilməsi üçün çıxış yolları tapmaq idi", – deyə, Kapital Bank-ın İdarə Heyəti sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri Vüqar Sadiq bildirib.
Qeyd edək ki, BAFT Kapital Bank-ın 2017-ci ildən üzv olduğu Amerika Banklar Assosiasiyasının (American Bankers Association) törəmə qurumudur. Bank BAFT-ın təşkil etdiyi müxtəlif tədbirlərdə aktiv iştirak edir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 112 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — , Birbank kartı sifarişi üçün — .
Kapital Bank BAFT-ın Beynəlxalq Ticarət və Regional Banklar konfranslarına qatılıbKapital Bank BAFT-ın Beynəlxalq Ticarət və Regional Banklar konfranslarına qatılıbKapital Bank BAFT-ın Beynəlxalq Ticarət və Regional Banklar konfranslarına qatılıb/ banker.az

Banklar     Tarix: 04 noyabr 2022

Oxşar xəbərlər

Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir

Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha rahat və sərfəli şərtlərlə yararlanması məqsədilə yeni kampaniyaya start verib. Belə ki, müştərilər kampaniyadan yararlanmaqla Mastercard Black Edition və Visa Infinit

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda


iqtisadi xeberler valyuta kurslari biznes xeberleri online pul qazanmaq dollar kursu