Kapital Bank COP29-da iştirakını davam etdirir

Kapital Bank COP29-da iştirakını davam etdirirXəbər verdiyimiz kimi paytaxt Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası öz işinə başlayıb.
Konvensiyanın tərəf dövlətlərinin prezidentlərinin, hökumət başçılarının, yüksək vəzifəli şəxslərin iştirak etdiyi tədbirdə ölkənin birinci bankı Kapital Bank-da Paşa Holding nümayəndə heyətinin tərkibində iştirak edir.  
Dayanıqlı inkişafa və ətraf mühitin qorunmasına daim həssas yanaşan Kapital Bank üçün bu tədbir xüsusi əhəmiyyət daşıyır. Belə ki, bankın COP29-da iştirakı iqlim dəyişikliyi ilə mübarizədə həm yerli, həm də qlobal səviyyədə töhfə vermək məqsədi daşıyır. Bu məqsədlə tədbirin Yaşıl zona hissəsində Kapital Bank-a məxsus stend qurulub. Stenddə bankın rəsmi nümayəndələri iştirakçılarlarla fikir mübadiləsi aparır, təcrübələrini bölüşür, qonaqların suallarını cavablandırırlar. 
Eyni zamanda bir neçə mövzuda təşkil edilən panellərdə Kapital Bank-ın rəsmi nümayəndələri təmsil olunurlar. Tədbirin 2-ci günündə bankın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov "Korportaiv Dayanıqlılıq" mövzusunda keçirilən paneldə spiker olaraq iştirak edib. Sədr çıxışında uzunmüddətli inkişafın təməlində məhz dayanıqlı yanaşmasının durduğunu vurğulayıb: "İqlim dəyişikliyi, sosial bərabərlik və etik idarəetmə kimi məsələlər müasir biznesin ayrılmaz tərkib hissəsidir. Dayanıqlı gələcək üçün ekoloji faktorlar nəzərə alınmalı, innovativ texnologiyalara sərmayə artırılmalıdır. Biz dayanıqlı maliyyə həlləri təqdim etməklə, yalnız müştərilərimizin deyil, eyni zamanda bütün cəmiyyətin gələcəyini düşünürük".
Tədbirin 4-cü günündə isə Kapital bank-ın İdarə Heyətinin üzvü, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə "Azərbaycanda Dayanıqlı KOS mühiti" mövzusunda baş tutacaq paneldə spiker olaraq iştirak edəcək. 
Bu tarixi konfransın iştirakçısı olmaq istəyən hər kəs iticket.az saytından ödənişsiz olaraq bilet əldə edərək  tədbirdə iştirak edə bilər. 
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir / marja.az

Banklar     Tarix: 13 noyabr 2024

Oxşar xəbərlər

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs


iqtisadi xeberler dollar mezenne online pul qazanmaq pul qazanmaq bitkoin