Kapital Bank-da növbəti dəfə qanvermə aksiyası keçirilib

Kapital Bank-da növbəti dəfə qanvermə aksiyası keçirilib®Müxtəlif sosial təşəbbüslərə hər zaman fəal dəstək göstərən Kapital Bank 8 may – Beynəlxalq Talassemiya Günü ərəfəsində Azərbaycan Talassemiya Federasiyası ilə birgə ənənəvi qanvermə aksiyası keçirib. "Bir qan, bir can" şüarı ilə keçirilən qanvermə aksiyası 3 və 5 may 2023-cü il tarixində bankın baş ofisində olub. 
Mərkəzi Qan Bankı tərəfindən ezam olunan tibb briqadasının həkim-hematoloqları Kapital Bank-ın əməkdaşlarının sağlamlıq durumunu yoxladıqdan sonra onların aksiyada iştirak etmələrinə icazə verib. Ümumi olaraq 100 nəfərdən artıq əməkdaş könüllü olaraq aksiyaya qoşularaq qana ehtiyacı olan uşaqlara dəstək göstərib. 
Qeyd edək ki, Hazırda Azərbaycanda 2000-dən artıq talassemiya və digər irsi qan xəstəliyinə məruz qalan insanlar mövcuddur ki, onların həyatı kütləvi qanvermə aksiyalarından asılıdır. 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Talassemiyasız həyat naminə" proqramına start verilib. Məhz bu məqsədlə ölkədə Azərbaycan Talassemiya Federasiyasının təşəbbüsü ilə mütəmadi olaraq kütləvi qanvermə aksiyaları keçirilir. 
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — , Birbank kartı sifarişi üçün — .
Kapital Bank-da növbəti dəfə qanvermə aksiyası keçirilibKapital Bank-da növbəti dəfə qanvermə aksiyası keçirilibKapital Bank-da növbəti dəfə qanvermə aksiyası keçirilibKapital Bank-da növbəti dəfə qanvermə aksiyası keçirilib/ banker.az

Banklar     Tarix: 08 may 2023

Oxşar xəbərlər

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda


iqtisadi xeberler bitkoin almaq biznes qurmaq dollar kursu telefonla pul qazanmaq