Kapital Bank-da "Tech Guild Kick-Off": Texniki təcrübələrin paylaşılması üçün yeni platformanın açılışı baş tutdu

Kapital Bank-da ®Kapital Bank-ın "Agile" və Texniki ofisinin birgə təşkilatçılığı ilə "Tech Guild Kick-Off" tədbiri baş tutdu. Tədbir texniki və biznes sahələrində çalışan əməkdaşların bilik və təcrübə mübadiləsinə, həmçinin texnologiya sahəsində yeni yanaşmaların tətbiqinə həsr edildi. 
Tədbirin açılışında "Agile" Ekspert Mərkəzinin lideri Şahnaz Nuri gildiyaların "Agile" transformasiyaya yeni nəfəs gətirdiyini və bir çox istiqamətin inkişafında yeni bir cığır açdığını vurğuladı. O, gildiyaların əməkdaşların yalnız öz fəaliyyət sahələrində deyil, digər istiqamətlərdə də bilik və bacarıqlarını artırmaq üçün əhəmiyyətli bir vasitə olduğunu, eləcə də bunun biznesə həm sürət, həm də keyfiyyət qatacağına inandığını qeyd edib. İnformasiya texnologiyaları idarəsinin Baş direktoru Mixail Qromov isə gələcək perspektivlər və innovativ həllərin biznesə qatdığı töhfələr haqqında danışıb. Tədbirdə Kapital Bank-ın biznes və texniki liderlərinin iştirakı ilə təşkil edilən panel xüsusilə seçilib. Paneldə texniki mükəmməllik və biznesdə sürətin balansı, prioritetlərin idarə olunması, çevik rollardan gözləntilər kimi mövzular müzakirə edilib, iştirakçıların sualları cavablandırılıb. 
Tədbir çərçivəsində "DevOps", "Arxitektura və Development", "QA və Analitika", eləcə də "İnformasiya təhlükəsizliyi" kimi dörd əsas istiqamət üzrə 16 sessiya keçirilib. 400-dən çox əməkdaşın iştirak etdiyi bu sessiyalarda Kapital Bank-la yanaşı, "Umico" və "Pasha Pay" şirkətlərini təmsil edən spikerlər də çıxış edib.  
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün   saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— , Birbank kartı sifarişi üçün — .  / banker.az

Banklar     Tarix: 13 dekabr 2024

Oxşar xəbərlər

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir


iqtisadi xeberler avtomobil xeberleri dollar məzənnəsi kripto biznes krediti