Kapital Bank-dan kredit götürən müştərilər həyat sığortası əldə edə biləcəklər
®Ölkənin birinci bankı Kapital Bank kredit götürən müştərilərinə yeni "Kredit Həyat Sığortası" məhsulunu təklif edir. Dünyanın bir çox ölkələrində uğurla həyata keçirilən bu təcrübə istehlak krediti götürmüş şəxsləri ölüm və digər əlavə risklərə qarşı sığorta etmək məqsədi daşıyır. Belə ki, "Kredit Həyat Sığortası" kredit götürən şəxsin vəfat etməsi və ya xəstəlik, bədbəxt hadisə səbəbindən əlilliyin təyin olunması hallarında onun kredit borcunun sığorta şirkəti tərəfindən ödənilməsini hədəfləyir.
Kapital Bank bu yeni xidməti ilə müştərilərin və onların ailələrinin maliyyə yükünü azaltmaqla yanaşı, gözlənilməz hadisələr qarşısında da onlara əlavə maliyyə dəstəyi təqdim edəcək. Bu xidmət eyni zamanda fərdi bankçılığın inkişafına da öz töhfəsini verəcək.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— , Birbank kartı sifarişi üçün — . / banker.az

Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
Biznes planı necə yazmaq lazımdır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
1000 manatla hansı biznesi qurmaq olar?
Françayzinq nədir və necə olur?
Marketinq nə demədir?