Kapital Bank-ın Cəbrayıl filialının açılışı baş tutdu

Kapital Bank-ın Cəbrayıl filialının açılışı baş tutdu®Ölkənin birinci bankı Kapital Bank artıq Cəbrayıl sakinlərinə də xidmət göstərəcək. Cəbrayıl rayonu, Elsevər Paşayev küçəsi bina 3 ünvanında fəaliyyətə başlayan filialın açılışında dövlət rəsmiləri, bankın nümayəndələri və şəhər sakinləri iştirak ediblər. 
Açılışda çıxış edən Kapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə böyük qayıdışın dəstəkçilərindən biri olan Kapital Bank-ın Qarabağda daha bir filialının açılmasını bank üçün tarixi hadisə olaraq dəyərləndirib. "30 il sonra azadlığına qovuşan doğma yurdumuza qayıdan insanlara xidmət göstərmək komandamız üçün olduqca qürurverici və məsuliyyətlidir. Bildiyiniz kimi Kapital Bank-ın strategiyasının mərkəzində müştəri məmnuniyyəti dayanır. Mən əminəm ki, komandamız Cəbrayıl sakinlərinə xidməti ilə onların bizim üçün nə qədər dəyərli olduqlarını hiss etdirəcəklər. Ümid edirəm ki, bu yeni filial həm sakinlər, həm də  bütün Qarabağ bölgəsi üçün faydalı olacaq". 
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Yeni konsepsiya əsasında təqdim edilən Laçın filialı həftə içi 5 gün saat 9:00-dan 18:00-dək müştərilərə ən yüksək səviyyədə xidmət göstərəcək. Filial bunun üçün bütün zəruri şəraitə və imkanlara malikdir. Burada Cəbrayıl sakinlərinə əmanətlər, plastik kartlar, müxtəlif növ kreditlər və digər məhsullar, hesablaşma-kassa əməliyyatları, valyuta mübadiləsi kimi əməliyyatlar da daxil olmaqla bütün növ bank xidmətləri təklif olunur.
Ölkədə ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank-ın filiallarının sayı Cəbrayıl filialının açılışının ardından 119-a çatdı. Tezliklə bankın Şuşa filialının da açılışı planlaşdırılır. 
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— , Birbank kartı sifarişi üçün —. / banker.az

Banklar     Tarix: 09 oktyabr 2024

Oxşar xəbərlər

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas


iqtisadi xeberler bitkoin qiymeti avtomobil xeberleri valyuta mezennesi pul qazanmaq