Kapital Bank-ın İdarə Heyətinin sədri  5-ci "Yüksəliş" müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi

Kapital Bank-ın İdarə Heyətinin sədri  5-ci ®Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov sayca beşinci "Yüksəliş" müsabiqəsinin Mentorluq Proqramı çərçivəsində qaliblərlə ilk görüşünü keçirib. Proqram çərçivəsində bu il Fərid Hüseynov müsabiqənin iki qalibinin – Fərid Mustafayev və Elnur Mirzəzadənin mentoru qismində çıxış edərək onların fərdi inkişaf planına dəstək verəcək.
Keçirilən tanışlıq görüşündə Kapital Bank-ın İstedadların idarə edilməsi departamentinin direktoru Aygün Musayeva və həmin departamentin Təşkilati öyrənmə və istedadların inkişafı şöbəsinin müdiri Tükəzban Qasımova da iştirak ediblər. Görüş zamanı qaliblərin gələcək karyera hədəfləri, idarəçilik bacarıqlarının təkmilləşdirilməsi və qarşıdakı bir il ərzində həyata keçiriləcək birgə fəaliyyət planı ətrafında fikir mübadiləsi aparılıb.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilən və 5 mərhələdən ibarət olan "Yüksəliş" müsabiqəsinin beşinci mövsümündə 124 finalçı arasından ən yüksək bal toplayan 20 nəfər qalib adını qazanıb. Qaydalara əsasən, qaliblər idarəçi rəhbərlər (mentorlar) tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq pul mükafatı əldə edirlər.
Dördüncü mövsümün uğurlu yekunu
Daim gənc istedadların və peşəkar kadrların inkişafına töhfə verən Fərid Hüseynov, eyni zamanda Mentorluq Proqramı çərçivəsində dördüncü "Yüksəliş" müsabiqəsinin qalibi Elnur Abdullazadə ilə son görüşünü keçirərək bir illik fəaliyyəti yekunlaşdırıb.
Yekun görüşdə proqramın ümumi nəticələri müzakirə olunub, iştirakçının keçdiyi inkişaf yolu, əldə etdiyi bilik və idarəçilik təcrübələri qiymətləndirilib. Həmçinin, Elnur Abdullazadənin gələcək hədəfləri dinlənilib və qazanılmış təcrübənin həm peşəkar, həm də şəxsi inkişaf baxımından əhəmiyyəti xüsusi vurğulanıb.
Qeyd edək ki, Fərid Hüseynov görüş haqqında təsüratlarını öz sosial media kanalında paylaşıb: "Dördüncü "Yüksəliş" müsabiqəsinin qalibi Elnur Abdullazadəni bu proqram çərçivəsində yaxından tanıdığıma və inkişafına şahidlik etdiyimə çox şadam. Mentorluq proqramı rəsmən bitsə də Elnurun hədəflərinə gedən yolda hələ qarşıda çox böyük uğurlar var. Əminəm ki, peşəkar müstəvidə hələ tez-tez görüşəcəyik. Yolun açıq olsun".
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz. / banker.az

Banklar     Tarix: 07 aprel 2026

Oxşar xəbərlər

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb

"PAŞA Həyat Sığorta" ASC-nin həyata keçirdiyi sığorta ödənişləri 2026-cı ilin yanvar–sentyabr aylarında kəskin artıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında apardığı hesablamalara görə, şirkəti

Bu sığorta şirkəti topladığından daha çox sığorta ödənişi həyata keçirib

"Atəşgah Həyat" Sığorta Şirkəti 2026-cı ilin yanvar–sentyabr aylarında topladığı sığorta haqlarından daha çox sığorta ödənişi həyata keçirib. -ın hesablamalarına görə, şirkətin sığorta ödənişləri 2025-ci ilin

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve


iqtisadi xeberler bitkoin almaq online pul qazanmaq kripto investisiya