Kapital Bank-ın növbəti "Data Talks" tədbiri yekunlaşdı

Kapital Bank-ın növbəti ®Xəbər verdiyimiz kimi Kapital Bank və "SUP.VC" şirkəti birlikdə müasir dövrün aktual mövzusu olan verilənlər bazası ilə bağlı tədbirlər həyata keçirir. İl sonunadək davam edəcək  layihənin "Data talk" formatında növbəti tədbiri baş tutdu. Ötən gün keçirilən tədbirdə iştirakçılar suallarla spikerlərə müraciət edib, tövsiyələr ala bildilər. 
Tədbirdə dayanıqlı məlumat bazaları ilə bağlı "Sığorta hadisələrinin idarə edilməsi prosesinin avtomatlaşdırılması" və "Risk modellərinin idarə edilməsi" kimi müxtəlif mövzular müzakirə edildi. 
Peşəkar mütəxəssislərlə yanaşı data sahəsinə marağı olan şəxslərin də iştirak etdiyi tədbirin ilk eksperi Kapital Bank-ın Analitika ekspert mərkəzinin data elmi üzrə eksperti Cavid Hüseynov oldu. Risklərin idarə edilməsi və modelləşdirmə üzrə böyük təcrübəyə sahib Cavid Hüseynov Azərbaycan-Fransız Universitetində kompüter elmləri üzrə təhsil alıb. Karyerasına ilk olaraq "Neuroil" şirkətində süni intellekt üzrə mühəndis kimi başlayıb. Daha sonra fəaliyyətini "Unibank"da risk modelləri üzrə mütəxəssis kimi davam etdirib. Bu müddət ərzində pərakəndə və biznes istiqamətləri üzrə skorinq modellərinin qurulmasında iştirak edib. 2021-ci ildən etibarən fəaliyyətini Kapital Bank-da davam etdirir. 
"PAŞA Sığorta"nın Data elmləri istiqamətinin rəhbəri Ülvi Salman da tədbirin eksperti idi. O, Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadi təhlillər ixtisası üzrə təhsil alıb. Karyerasına "Azərsun Holdinq"də data mütəxəssisi kimi başlayıb. Risk modelləri üzrə geniş araşdırmaların müəllifidir. 2022-ci ildən fəaliyyətini "PAŞA Sığorta" da davam etdirir. 
Kapital Bank-ın bu təşəbbüsü verilənlər bazası sahəsində peşəkar olan və sahəyə marağı olan, özünü inkişaf etdirmək istəyən şəxslər üçün həm təcrübə mübadiləsi, həm də yeni tanışlıqların yaranması üçün böyük imkanlar yaradır. 
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — , Birbank kartı sifarişi üçün — . / banker.az

Banklar     Tarix: 22 dekabr 2023

Oxşar xəbərlər

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas


iqtisadi xeberler valyuta mezennesi bitkoin almaq emlak xeberleri dollar mezenne