Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər®Əməkdaşların peşəkar və şəxsi inkişafını prioritet hesab edən Kapital Bank bu yanaşmanın davamı olaraq 2024-cü ilin sentyabr ayında bank liderlərinin inkişafına yönələn "Leading for Organizational Impact" proqramına start verib. 18 nəfərdən ibarət rəhbər heyət üçün hazırlanan proqram liderlik sahəsində aparıcı institutlardan biri olan "Center for Creative Leadership" (CCL) ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilir. Üç modullu proqram çərçivəsində iştirakçılar həm nəzəri, həm də praktiki liderlik bacarıqlarını qlobal trendlər və qabaqcıl idarəetmə yanaşmaları ilə möhkəmləndirirlər.
Layihə çərçivəsində bankın lider heyəti ING, Lloyds Bank London və OTP Bank kimi nüfuzlu maliyyə institutlarının yüksək vəzifəli nümayəndələrinin iştirakı ilə Amsterdam şəhərində keçirilən praktiki sessiyalara qatılıblar. Belə ki, ING Bank-ın Maliyyə Cinayətkarlığının Qarşısının Alınması üzrə Qlobal rəhbəri Ivar Lammers, ING Bank-ın Süni İntellekt və Müştəri Təcrübəsi üzrə Direktoru Bart Jansen, Lloyds Bank London-un Ödənişlər və İnkişaf üzrə Direktoru Samantha Emery və OTP Bank-ın Bank Əməliyyatları üzrə Direktoru Aleksandra Brdar Turk tərəfindən müasir bankçılıq trendləri, maliyyə cinayətkarlığının qarşısının alınması, süni intellektin tətbiqi və müştəri təcrübəsinin inkişafı kimi aktual mövzular ətrafında müzakirələr aparılıb.
Həmçinin bu təşəbbüsün davamı olaraq, 2-5 iyun 2025-ci il tarixlərində qlobal ödəniş texnologiyaları sahəsində dünyanın aparıcı şirkətlərindən olan Visa ilə əməkdaşlıq çərçivəsində bankın rəhbər heyətinin nümayəndələri Money 20/20 Europe forumunda da iştirak edibrlər. Belə ki, bankın liderləri tədbir zamanı aparıcı beynəlxalq banklarla təcrübə mübadiləsi aparır, qabaqcıl rəqəmsal bankçılıq və fintex trendləri ilə tanış olur, həmçinin sektorun ən son yeniliklərinin təqdim olunduğu müxtəlif vörkşoplarda fəal şəkildə yer alırlar.
Tədbir haqqında fikirlərini bölüşən bankın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçı Fərqanə Məmmədova bildirib: " Liderlik DNT-mizin təməl prinsiplərindən biri də məhz özümüzün lideri olmağı daim öyrənməyi, inkişaf etməyi, innovasiyalar və qlobal təcrübə ilə ayaqlaşmağı təbliğ edir. Bununla bərabər rəqabətli və daim dəyişən maliyyə bazarında güclü mövqeyimizi qorumaq və daha da möhkəmləndirmək üçün qlobal səviyyədə ən yaxşı təcrübələri izləmək və düzgün şəkildə tətbiq etmək bizim üçün vacibdir. Düşünürəm ki, istər bu təcrübə proqramının təşkili, istərsə də Money 20/20 Europe kimi beynəlxalq tədbirdə iştirak liderlərimizin strateji yanaşmasını daha da gücləndirəcək və bankımızın inkişafına dəyər qatacaq. Qlobal səviyyədə liderlik bacarıqlarının formalaşdırılması və innovativ yanaşmaların öyrənilməsi bizim üçün sadəcə seçim deyil – bu, liderlik yolumuzun ayrılmaz hissəsidir".
Qeyd edək ki, Money 20/20 Europe maliyyə xidmətləri və texnologiyaları sahəsində dünyanın aparıcı banklarını, fintex şirkətlərini, ödəniş platformalarını və tənzimləyici qurumların nümayəndələrini bir araya gətirən ən böyük beynəlxalq tədbirlərdən biridir. Forumun əsas məqsədi maliyyə sahəsində innovasiyaların, rəqəmsal transformasiya trendlərinin və yeni əməkdaşlıq modellərinin təşviq olunmasıdır. / banker.az

Banklar     Tarix: 06 iyun 2025

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum


iqtisadi xeberler valyuta mezennesi en son xeberler rubl mezenne biznes krediti