Kapital Bank rəqəmsal ödəmələrdə dünya lideri olan Visa şirkəti tərəfindən 4 mükafata layiq görüldü

Kapital Bank rəqəmsal ödəmələrdə dünya lideri olan Visa şirkəti tərəfindən 4 mükafata layiq görüldü®Ölkənin birinci bankı Kapital Bank Visa şirkətinin keçirdiyi qiymətləndirmədə 4 nominasiya üzrə mükafat qazanıb. Bu mükafatlar Kapital Bank-ın müxtəlif hədəf qruplarına yönəlik yenilikçi və funksional həllərinin uğurla tətbiq olunduğunu bir daha təsdiqləyir.
Tələbələr üçün nəzərdə tutulan "TələbəPlus" kartı həm gündəlik ehtiyacları qarşılayan, həm də endirim və üstünlüklər təqdim edən unikal bir məhsul kimi qiymətləndirilib. Təhsilin İnkişafı Fondu ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən bu layihə sayəsində tələbələr nəinki alış-veriş zamanı xüsusi güzəştlərdən yararlanır, həm də universitetlərə giriş-çıxış, təqaüd köçürmələri kimi funksiyaları bir kartda birləşdirən innovativ yanaşmadan faydalanırlar. Məhz bu çoxfunksiyalı və praktiki həllə görə layihə Visa tərəfindən "Launch of TələbəPlus" mükafatına layiq görülüb.
Qadın sahibkarlığının dəstəklənməsi məqsədi daşıyan She"s Next təşəbbüsü çərçivəsində bankın fəaliyyəti də yüksək qiymətləndirilib. Bank yerli qadın bizneslərinin inkişafına, onların maliyyə savadlılığının artırılmasına və davamlı dəstək göstərilməsinə verdiyi töhfəyə görə "Launch of She"s Next Project" mükafatı ilə təltif edilib.
Kapital Bank həmçinin əməkhaqqı layihələrinin rəqəmsallaşdırılması sahəsində təqdim etdiyi "Bir Ecosystem Salary" həlli ilə fərqlənərək, "Bir Ecosystem Salary" mükafatını qazanıb. Qeyd edək ki, bu layihə əməkhaqqı ödənişlərini daha şəffaf, sürətli və rahat şəkildə həyata keçirməyə imkan yaradır.
Visa tərəfindən dəyərləndirilən digər uğurlu layihə isə fərdi müştərilər üçün təqdim olunan "Visa Infinite Miles Dark" kartı olub. "Launch of Visa Infinite Miles Dark" mükafatının qalibi olan kart istifadəçilərə ödəniş etdikcə millər toplamaq imkanı yaradır və həmin milləri yalnız aviabiletlərə deyil, həm də PASHA Travel vasitəsilə fast track xidmətləri, həmçinin viza dəstəyi, tur paketləri, avtomobil icarəsi, otel rezervasiyası və CIP/VIP zallarına giriş kimi müxtəlif səyahət məhsullarına dəyişmək imkanı təqdim edir. Bu yanaşma müştərilərə daha çevik və geniş səyahət təcrübəsi qazandırır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — . / banker.az

Banklar     Tarix: 27 may 2025

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum


iqtisadi xeberler valyuta mezennesi en son xeberler rubl mezenne biznes krediti