Kapital Bank sahibkarlara sərfəli tarif paketləri təqdim edir
®Kapital Bank kiçik, orta və iri sahibkarlara əsas bank əməliyyatları və məhsullarını özündə birləşdirən, daha qənaətcil tarif paketlərini və paket əlavələrini təqdim edir. Müştərilər tarif paketlərini və paket əlavələrini banka gəlmədən, Müştəri Bank vasitəsilə birdəfəlik ödəniş etməklə əldə edə bilərlər. Bununla da müştərilər il ərzində müvafiq əməliyyatları limitsiz və ödənişsiz şəkildə həyata keçirə və digər güzəştlərdən yararlana bilərlər.
Kapital Bank-ın məhsullarını əldə edən müştərilər standart tariflər ilə müqayisədə bank xərclərinə orta hesabla 40% endirim almaq imkanına malikdirlər. Hazırda Kapital Bank, bütün valyutalarda əməliyyatlar həyata keçirən və digər bank məhsullarından istifadə edən müştərilərinə "Hər şey daxil" tipli "Təməl", "Uğur", "İnkişaf" ,"Zirvə", "Hədəf" tarif paketlərini, milli valyutada əməliyyatlara üstünlük verən müştəriləri üçün isə "Sərfəli" tipli "XS", "S", "M", "L", "XL" tarif paketlərini təqdim edir.
Kapital Bank, tarif paketlərindən başqa mübadilə, məxaric və mədaxil tipli seqmentləşdirilmiş əməliyyatları əhatə edən "Valyuta Mübadiləsi", "Hesabdan Məxaric" və "Əmək Haqqı" adlı paket əlavələrindən yararlanma imkanı yaradıb.
Sahibkarlar bizneslərinin dövriyyə həcminə əsasən, özlərinə uyğun olan tarif paketlərini və paket əlavələrini rahatlıqla seçim imkanına malikdirlər.
Qeyd edək ki, tarif paketləri və paket əlavələri haqqında ətraflı məlumat və sifariş üçün linkinə keçid etmək olar. Müştəri Bank sisteminə qoşulmaq üçün isə linkinə keçid etmək kifayətdir. / banker.az

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif
AMB maliyyə qruplarına da nəzarət edəcək
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
"Bank of Baku"da növbədənkənar yığıncaq keçiriləcək – istiqraz məsələsi gündəmdə
Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: "Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb
ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®
Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər
İqtisadi modellər niyə artıq işləmir?
Bank of Baku subordinasiya istiqrazları buraxmağa hazırlaşır – səhmdarlar növbədənkənar toplanır
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Bitcoin nədir?
Biznes nədir?
İnstaqramda biznes qurmağın yolları