Kapital Bank şəhid əməkdaşının adını daşıyan filialının açılışını etdi

Kapital Bank şəhid əməkdaşının adını daşıyan filialının açılışını etdi®Kapital Bank müştərilərə göstərdiyi xidmət şəbəkəsini genişləndirərək daha bir yeni filialının açılışını həyata keçirdi. Filial, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan, Kapital Bank-ın əməkdaşı olan Fərhad Fərhadlının adını daşıyır. Yeni filial Fərhadın boya-başa çatdığı Sumqayıt şəhərində açıldı. Sumqayıt şəhəri, 3-cü mikrorayon, Sülh küçəsi 33D ünvanında fəaliyyət göstərən filial müştərilərə ənənəvi bank xidmətləri göstərmək üçün bütün zəruri imkanlara və şəraitə malikdir.
Açılış mərasimində Fərhad Fərhadlının ailə üzvləri, valideynləri, bizə əmanət qoyduğu qızı İnci, həmçinin Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, Azərbaycan Respublikası Mərkəzi Bankının və Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri iştirak edirdi. Tədbir zamanı çıxış edən qonaqlar Fərhadın həyatı, ailəsi, təhsili, karyerası, şəxsi keyfiyyətləri barədə olan xatirələri ilə bölüşdülər. Filialın daxilində tərtib edilmiş xüsusi guşəyə Kapital Bank adından əklil qoyuldu. 
Qeyd edək ki, Fərhad Fərhadlı 8 dekabr 1993-cü ildə Sumqayıt şəhərində anadan olub. 2011-ci ildə Sumqayıtdakı 12 saylı orta məktəbi bitirib, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Menecment ixtisasına qəbul olub. 2016-cı ildə hərbi xidmətə yollanıb. Aprel döyüşlərində də iştirak edib. 2017-2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin İdarə olunması ixtisası üzrə magistr təhsili alıb. 
44 günlük Vətən Müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və qarşısına qoyulan vəzifə və tapşırıqları yerinə yetirən zaman, 20 oktyabr 2020-ci il tarixində düşmən üzərinə hücuma keçərkən 3 yaralını xilas edib, 4-cü yaralını çıxararkən şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən Fərhad Fərhadlı ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 113 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — , Birbank kartı sifarişi üçün — .
Kapital Bank şəhid əməkdaşının adını daşıyan filialının açılışını etdiKapital Bank şəhid əməkdaşının adını daşıyan filialının açılışını etdiKapital Bank şəhid əməkdaşının adını daşıyan filialının açılışını etdiKapital Bank şəhid əməkdaşının adını daşıyan filialının açılışını etdiKapital Bank şəhid əməkdaşının adını daşıyan filialının açılışını etdi/ banker.az

Banklar     Tarix: 16 noyabr 2022

Oxşar xəbərlər

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb

Bu il Azərbaycanda kiber risklər üzrə 231 min 210 manat sığorta haqqı toplanılıb. Bu barədə  Azərbaycan Mərkəzi Bankından bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, indiyə qədər həmi

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb


iqtisadi xeberler bitkoin qiymeti internetden pul qazanmaq 1000 manatla biznes en son xeberler