"Kapital Bank"ın əmanət faizini 6-dan 9-a yüksəltməsinin səbəbləri açıqlandı
"Kapital Bank" ASC-nin İdarə Heyətinin sədri Fərid Hüseynov Bankın uzun müddət fasilədən sonra depozit faizlərini kəskin artırmasının səbəblərini açıqlayıb.
Fərid Hüseynov Marja.az-a bildirib ki, fiziki şəxslər üzrə, manatla depozit faizlərinin 6% - 6,5% səviyyələrindən 9%-ə yüksəldilməsi vəsait mənbələrinin diversifikasiyası (şaxələndirilməsi - red), aktivlərin daha da artırılması, depozit portfelində qeydə alınmış azalmanı aradan qaldırmaqdır:
"Depozit faizlərinin artırılmasında məqsəd vəsait mənbələrini diversifikasiya etməklə bankı böyütməkdir. Həmçinin, Mərkəzi Bankın da məlumatına görə, ölkə əhalisində kifayət nağd qədər vəsait var. Biz həmin vəsaiti də banka cəlb etməyi planlaşdırırq".
Fərid Hüseynov vurğulayıb ki, depozit faizlərinin artırılmasının kredit faizlərinin artmasına səbəb olacağını gözləmirlər.
Qeyd edək ki, "Kapital Bank"da fiziki şəxslərin depozitləri 2023-cü ilin 9 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 64 milyon manat azalaraq 1 milyard 861 milyon manata gerilmişdir.
Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini artırdığı bir dövrdə depozit faizlərini dəyişməyən "Kapital Bank"ın Mərkəzi Bankın uçot dərəcəsini azaltmağa başladığı bir vaxtda artırması diqqəti çəkir. Hesab olunur ki, ölkədə inflyasiyanın yüksək olması, real gəlirlərin azalması və digər bankların depozit faizlərinin daha yüksək olması da "Kapital Bank"ı faizləri artırmağa məcbur edib.
Xəbər verdiyimiz kimi, Kapital Bank depozit məhsulu üzrə şərtləri dəyişib. Yeni qaydalara əsasən maksimal depozit AZN valyutası üzrə 12 aylıqda 9%-ə, USD valyutası üzrə isə 36 aylıqda 3,5%-dək artırılıb.
AZN valyutası ilə depozitlərdə yeni kampaniyaya start verilib. 31 yanvar 2024-cü ilədək aktual olacaq kampaniyanın şərtlərinə əsasən müştərilər 12 aylıq 9% gəlir əldə edirlər. Depozit üçün minimum 500 manat olmaqla istənilən qədər məbləği banka əmanət etmək mümkündür. Kapital depoziti ilə yüksək faiz əldə etməklə yanaşı əmanət məbləğini minimum 100 manat məbləğində artırmaq olar. Faizlər aylıq və ya müddətin sonunda təqdim edilir. Sığortalanan məbləğin həcmi isə 100 000 manatdır.
Müştərilər üçün daha sərfəli olan yeni qaydaya əsasən USD valyutası üzrə əmanətin müddəti 12 aydan 36 ayadək müəyyən edilib. Depozit üçün minimum 500 dollar olmaqla istənilən qədər məbləği banka əmanət etmək mümkündür. Kapital əmanəti ilə yüksək faiz əldə etməklə yanaşı əmanət məbləğini minimum 100 dollar məbləğində artırmaq olar. Faizlər aylıq və ya müddətin sonunda təqdim edilir. Sığortalanan məbləğin həcmi isə 100 000 manat ekvivalentindədir.
Bundan başqa "Birbank" mobil tətbiqində yeni başdan-başa "Rəqəmsal depozit" məhsulu istifadəyə verilib. Bu məhsulun əsas üstünlüyü müştərilərin kampaniya çərçivəsində 12 aylıq 9% gəlir əldə etmələri ilə yanaşı proseslərin tamamilə onlayn olmasıdır.

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Ən çox gəlir gətirən onlayn bizneslər
ZARA-nın uğur hekayəsi
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Onlayn biznes ideyaları