"Kapital Bank"ın nizamnamə kapitalı artırılır – Səhmdarların ümumi yığıncağı planlaşdırılır
"Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 2E nömrəli ünvanda yerləşən ofisində 17 noyabr 2022-ci il saat 11.00-da səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Bu barədə Banker.az Bankın İdarə Heyətinin elanına istinad edir.
Ümumi yığıncağın gündəliyi:
"Kapital Bank" ASC-nin nizamnamə kapitalının artırılması məsələsi haqqında.
"Kapital Bank" ASC-nin nizamnaməsinin yenilənməsi məsələsi haqqında.
"Kapital Bank" ASC-nin müşahidə şurasının əsasnaməsinin yenilənməsi məsələsi haqqında.
Digər məsələlər.
Qeyd: yığıncaqda iştirak etmək üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim olunmalıdır. Qeydiyyat, iclasın başlanmasına 1 saat qalmış başlanır.
Səhmdarların ümumi yığıncağının gündəliyinin materialları ilə 2022-ci il noyabrın 1-dən etibarən www.kapitalbank.az/sehmdarlarin-yigincagi linki vasitəsilə tanış olmaq mümkündür.
Xatırladaq ki, "Kapital Bank" 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Onun nizamnamə kapitalı 245.85 milyon manatdır. Bankın əsas səhmdarı daxil olduğu "PAŞA Holdinq" MMC-dir.

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Bitcoin necə işləyir?
Dünyanın ən varlı 10 adamı
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Swift nədir?
Layihə menecmenti nədir?