"Kapital Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
22 yanvar 2024-cü il "Kapital Bank"ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxildir:
– 2024-2026-cı illər üzrə "Kapital Bank" ASC-nin strateji planları, strateji baxış və missiya bəyanatı haqqında məlumat;
– Bankın Müşahidə Şurasının əsasnaməsinin yenilənməsi haqqında;
– Digər məsələlər.
Yığıncaq Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 2E nömrəli ünvanda yerləşən Bankın ofisində (3-cü mərtəbə, iclas zalı) keçiriləcək.
Xatırladaq ki, "Kapital Bank" 2006-cı ildə yaradılıb. Bankın səhmdarları "PAŞA Holdinq" MMC (99.89%) və fiziki şəxslərdir (0.11%).
Azərbaycanın Gürcüstana investisiyası 48% artıb
Azərbaycanın Gürcüstan iqtisadiyyatına yönəltdiyi birbaşa investisiyaların həcmi 2026-cı ilin ilk yarısında illik müqayisədə 47,7% artaraq 114 milyon dollara çatıb. Ötən ilin eyni dövründə bu göstərici 77,1 milyon dolla
"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək
"Bank Respublika" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 19 oktyabr 2026-cı il saat 12:00-da Bankın Bakı şəhəri, Xaqani küçəsi 21 ünvanında yerləşən Baş Ofisində keçiriləcək
"Yelo Bank"da çalışanların sayı açıqlandı
"Yelo Bank" ASC 2026-cı ilin II rübünün yekunlarına əsasən işçi heyətinin dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin martın 31-nə olan məlumata əsasən bankd