Kapital Bank–ın təşəbbüsü ilə "Data Talks" tədbiri baş tutdu

Kapital Bank–ın təşəbbüsü ilə Xəbər verdiyimiz kimi, ölkənin birinci bankı Kapital Bank "SUP.VC" şirkəti ilə birlikdə müasir dövrün aktual mövzusu olan verilənlər bazası ilə bağlı unikal tədbirlərə start verib. İl sonunadək 6 tədbiri əhatə edəcək layihənin "Data Talks" formatında olan ilk tədbiri yekunlaşdı. 
Tədbiri çıxış sözü ilə Kapital Bank-ın Data Menecment İdarəsinin Data Transformasiyası Ekspert Mərkəzinin lideri Renad Cəfərov açdı. O, çıxışında bildirdi ki, "Kapital Bank   uzun müddət öncə data transformasiya prosesinə başladı və uğurlu bir yol keçdi. Bunun üçün beynəlxalq təcrübə öyrənildi, peşəkar mütəxəssislər cəlb olundu. Data transformasiya layihəsi banka data əsaslı qərarlar qəbul etmək mədəniyyəti və mühiti gətirdi. Eyni zamanda biz dataların düzgün toplanması, analizi, idarəsini həyata keçirməklə data kirliliyinin qarşısını aldıq. Müasir dövrün ən vacib məqamlarından olan data təhlükəsizliyini uğurla təmin etdik. Kapital Bank olaraq beynəlxalq və yerli ekspertlərin bizə qazandırdığı təcrübəni bu sahədə uğur qazanmaq istəyən şəxslərlə bölüşməyə hazır və açığıq. Hazırda bu sahədə müxtəlif vakansiyalar da elan etmişik. Siz də bizə qoşulun əmin olun ki, bizimlə birgə yaşayacağınız təcrübə sizə çox böyük dəyər qatacaq".
Tədbirin eksperti yüksək dayanıqlı məlumat bazalarının idarə edilməsi mövzusunda 20 ildən çox təcrübəyə sahib, "Oracle" şirkəti tərəfindən "Oracle ACE Director" mükafatına layiq görülmüş mütəxəssis Kamran Ağayev oldu. Onun təqdimatında yüksək dayanıqlı məlumat bazalarının yaradılması və idarə edilməsi, bu bazaların qurulması, eləcədə yaranacaq problemlər zamanı həll yolları müzakirə edildi. 
Tədbirə verilənlər bazasının peşəkarları və bu sahəyə maraq göstərən 100 dən çox iştirakçı qoşuldu. Görüş onlara böyük məlumatların ("big data") yerləşdirilməsi və idarə olunması sahəsində yeni biliklərlə yanaşı təcrübə mübadiləsi, yeni əlaqələr və tanışlıq imkanı qazandırdı.  
İl sonuna qədər layihə çərçivəsində daha 5 tədbir baş tutacaq. "Data workshop", "Data panel" formatında olacaq növbəti tədbirlərdə yerli mütəxəssislərlə yanaşı Özer Günal və Bora Sezen kimi beynəlxalq ekspertlər də iştirak edəcəklər. 
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — , Birbank kartı sifarişi üçün — . / banker.az

Banklar     Tarix: 22 sentyabr 2023

Oxşar xəbərlər

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda


iqtisadi xeberler valyuta mezennesi internetden pul qazanmaq bitkoin almaq bitkoin qiymeti