"Kredit portfelinin bir hissəsi "Kapital Bank"a ötürülüb"
"Naxçıvan Bank" ASC-nin kredit portfelinin bir hissəsi "Kapital Bank"a ötürülüb.
Bununla bağlı "Naxçıvan Bank"ın müştərilərinə SMS bildiriş göndərilib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Qeyd edilib ki, dekabrın 4-dən etibarən bankın müştərilərin kredit müqaviləsinin şərtləri dəyişmədən "Kapital Bank"a ötürülür. Müştərilər kredit ödənişlərini "Kapital Bank"a ödəməli olacaqlar.
Məsələ ilə bağlı "Kapital Bank"dan bildirilib ki, söhbət bankın tam kredit portfelindən getmir: "Bu günə "Naxçıvan Bank"ın istehlak kreditlərinin yalnız bir hissəsi "Kapital Bank"a ötürülüb".
Qeyd edək ki, 30 Sentyabr 2023-cü il tarixində "Naxçıvan Bank"ın cəmi kredit portfeli 202 milyon 501 min manat, o cümlədən biznes kreditləri 105 milyon 350 min manat, istehlak kreditləri 72 milyon 730 min manat, ipoteka kreditləri 24 milyon 421 min manat təşkil etmişdi.
© APA / marja.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Ən çox gəlir gətirən onlayn bizneslər
ZARA-nın uğur hekayəsi
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Onlayn biznes ideyaları