"Kreditin verilməsini sürətləndirəcəyik" - BANK SƏDRİ

2023-cü ildə hədəfimiz bankın kapitalının rentabellik əmsalını (ROE) 20%-ə çatdırmaqdan ibarətdir.
Bunu ə müsahibəsində AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri deyib.
"2022-ci il AccessBank üçün bütün mənalarda çox uğurlu və dönüş ili olub. Bu il ərzində komandamız mühüm dəyişikliklərə nail olub. Bunlar da banka  maliyyə göstəricilərini yaxşılaşdırmaq üçün imkan verib. Göstəricilərdən danışarkən bankın kapitalının rentabelliyini də qeyd etmək lazımdır. Bank sferasında nəticələri mütləq rəqəmlərlə ölçmək heç də düzgün deyil. Bankımızın kapitalının rentabelliyi 2020 və 2021-ci illərdə sıfıra yaxın olub, 2022-ci ildə isə prudensial hesabatlılığa əsasən 17% təşkil edib", - D.Tsiklauri deyib.
Rentabelliyə toxunan D.Tsiklauri bildirib ki, Azərbaycanda səhmdarlar üçün maliyyə institutları üzrə kapitalın gözlənilən rentabellik əmsalı (ROE) bütünlükdə regionda olduğu kimi təqribən 20% təşkil edir. Üstəlik bu cür rentabellik maliyyə institutunun daha da yüksəlişinə təkan verir. Bu da bütün ölkə iqtisadiyyatına müsbət təsir göstərir. "Bir çox Azərbaycan bankları bu həddi keçib və biz gələcəkdə kapital gəlirimizin artacağını gözləyirik. 2023-cü il üçün AccessBank-ın fəaliyyətini 2022-ci ilə nisbətən yaxşılaşdırmağı qarşımıza məqsəd qoymuşuq. Bu nəticəyə nail olmaq üçün bankımız müştərilərin xidmətlərimizdən rahat istifadə etməsi üçün yeni məhsulların tətbiqinə və infrastrukturun təkmilləşdirilməsinə investisiya qoymağı davam etdirməyi planlaşdırır. 
İnkişaf strategiyasından bəhs edən idarə heyətinin sədri AccessBank-ın hədəfinin mikro, kiçik və orta sahibkarlığa (MKOS) dəstək olduğunu və dəyişməz qaldığını qeyd edib.
"AccessBank daima bu seqmentdəki müştəriləri dəstəkləməkdə aktiv olub və bu bizim əsas prioritetimiz olaraq qalır. Pərakəndə seqment üçün xidmət və məhsulların təşviqi üzrə aktiv fəaliyyət başladıqdan etibarən bankımızın infrastrukturunda dəyişikliklər baş verib və biz onu daha da gücləndirməyi planlaşdırırıq", - o deyib.
D.Tsiklauri qeyd edib ki, Bankın strategiyasının əsas istiqaməti kreditin verilməsi ilə bağlı qərarların qəbulunu sürətləndirmək (məsələn, skorinq mexanizmləri, qərarların qəbulunun avtomatlaşdırılması və s.) baxımından bank xidmətlərinin təkmilləşdirilməsinə yönəldiləcək. "AccessBank-ın inkişaf strategiyasının həyata keçirilməsi mikro, kiçik və orta biznes seqmentində güclü mövqe tutmağa və pərakəndə satış seqmentində güclənməyə yönəlmiş yol xəritəmizə uyğun olaraq davam edir", - deyə o əlavə edib.
Bundan əlavə, D.Tsiklauri qeyd edib ki, AccessBank-ın mikrokredit portfeli illik müqayisədə 25%-dən çox artıb. Bank bu seqmentdə Azərbaycan bazarında hər ay ən çox kredit verən bankdır. "Fəaliyyətimizin seqmentləri və əsas istiqamətləri aşağıdakı kimidir: birincisi AccessBank mikrokreditlərə kapital yerləşdirməyə davam edir və düşünürəm ki, yaxın bir neçə il ərzində məhz bu seqmentdə artımımız 15-20% arası olacaq. İkincisi 2023-cü ildə biz kiçik və orta sahibkarlıq (KOS) seqmentində əvvəlki illərlə müqayisədə daha aktiv olacağıq. Üçüncüsü isə 2021-ci ildən etibarən aktiv şəkildə inkişaf etdirməyə başladığımız pərakəndə seqment üçün məhsullarımızı təkmilləşdirməyə davam edəcəyik.", - D.Tsiklauri deyib.
Bankın Sahibkarlığın İnkişafı Fondu ilə tərəfdaşlığına toxunan D.Tsiklauri 2023-cü il üçün nəzərdə tutulan məbləğ üzrə maksimal hədəf limitinin ilkin qeyd olunan limiti keçdiyini bildirib. Qeyd edək ki, bankın fondla tərəfdaşlığı nəticəsində 2022-ci ildə 258 sahibkar tərəfindən müxtəlif investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə yeddi milyon manat dəyərində güzəştli kredit ayrılıb. "Bu alət biznes fəaliyyətini təşviq etmək üçün yaxşı bir üsuldur. Son bir ildə biz bu resursdan tam istifadə etdik və 2022-ci ilin sonuna qədər AccessBank-a əlavə vəsait ayrılaraq limit artırıldı. Bu il bizə fonddan 10 milyon manat vəsait ayrılıb", - deyə o bildirib.
Bundan başqa, AccessBank 2022-ci ildə yeni başlayan sahibkarlara dəstək məqsədilə 18-30 yaş arası 4 000 sahibkarın biznesinin inkişafı üçün ümumilikdə 45 milyon manatdan çox kredit ayırıb. "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iqtisadi fəallığı daha yüksəkdir və bununla əlaqədar olaraq bizim bütün diqqətimiz bu seqmentə yönəlib. Bu sahədə təkcə gənc sahibkarlara deyil, həm də qadın sahibkarlığa dəstək proqramlarımız mövcuddur", - deyə Davit Tsiklauri əlavə edib.
AccessBank-ın beynəlxalq maliyyə institutları ilə əməkdaşlığından danışan D.Tsiklauri gələcək inkişaf üçün əlavə vəsait cəlb etmək lazım olduğunu və bu səbəbdən bankın hazırda bir sıra xarici institutlarla danışıqlar apardığını qeyd edib.
© Trend / marja.az

Banklar     Tarix: 19 aprel 2023

Oxşar xəbərlər

PAŞA Bank "Caspian Agro Week" və "InterFood Azerbaijan" sərgilərinin rəsmi bank tərəfdaşı olub

Ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu ("Caspian Agro Week") və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan"

AccessBank, AmCham və Neurotime süni intellekt hakatonu təşkil edir

 Amerika-Azərbaycan Ticarət palatasının (AmCham Azerbaijan) təşkilatçılığı, AccessBank və Neurotime tərəfdaşlığı ilə "Building with AI: From İdea to Working Product" adlı birgünlük innovasiya hakatonu keçiriləcək

"TuranBank"da yeni təyinat olub

"TuranBank" ASC-də yeni kadr dəyişikliyi baş verib. xəbər verir ki, Ramin Qasımov "TuranBank" ASC-nin Risklərin İdarə Edilməsi Departamentinə yeni direktor təyin edilib. O, bu vəzifədə Asif Əzizovu əvə

"Alfa Kapital BOKT"ın mənfəəti 89% artıb

"Alfa Kapital BOKT" MMC (keçmiş "Effektinvest") 2025-ci ili 382 min 799 manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə şirkətin xalis mənfəəti 202 min 390 manat olmuşdu. Beləliklə, BOKT-un xalis mənfəət

Birbank-dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus qazanmaq şansı əldə edin

Ölkənin ilk rəqəmsal bankı Birbank, müştərilərini sevindirməyə davam edir. İndi nağd krediti onlayn əldə etmək yalnız vaxta qənaət deyil, həm də minlərlə bonus qazanmaq fürsətidir. Birbank-ın 1 may-16 iyun tarixlərini əhat

Expressbankın dəstəyilə VI Autizm Festivalı baş tutub

Expressbank ASC növbəti sosial təşəbbüsə imza atıb. Bank Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Türk Dövlətləri Autizm Federasiyası və Azərbaycan Autizm Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən. V

BOKT "Finans Kredit"in 2025-ci il üzrə maliyyə göstəriciləri - Ötən ili mənfəət ilə başa vurub

Bank olmayan kredit təşkilatı - BOKT "Finans Kredit" MMC 2025-ci ili 132 min 55 manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə təşkilatın xalis mənfəəti 203 min 263 manat olmuşdu. Beləliklə, BOKT-un xalis mənfəət

Bankda səhmdar dəyişikliyi işdən çıxarılmaya əsas ola bilərmi? – Ali Məhkəmədən mühüm qərar

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsinin halları ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib

"Unibank"dan biznes sahiblərinə xüsusi təklif: "Biznesinizə 6 qat dəstək"

Unibank biznes sahibləri üçün yeni kampaniya keçirir. "Biznesinizə 6 qat dəstək" adlanan kampaniya çərçivəsində mayın 31-dək "Unibank"da hesab açan müştərilər, bank xərclərinə xeyli qənaət edəcəklər. Güzəştlə


iqtisadi xeberler 1000 manatla biznes avtomobil xeberleri iqtisadiyyat xeberleri internetden pul qazanmaq