Kreditləri bahalaşdıran qərar: Mərkəzi Bank məcburi ehtiyat normalarını qaldırdı

Kreditləri bahalaşdıran qərar: Mərkəzi Bank məcburi ehtiyat normalarını qaldırdıAzərbaycan Mərkəzi Bankı məcburi ehtiyat normaları üzrə hüquqi şəxslərin milli valyutada olan depozitlərin 1 mlrd. manatadək olan hissəsinin faizini də 5%-dən 10%-ə, xarici valyutada olanların isə 6%-dən 12%-ə qədər qaldırıb.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda qeyd edilib.
AMB bildirib ki, pul siyasətinin transmissiyasında faiz kanalının rolunun yüksəldilməsi istiqamətində islahatlar davam etdirilir. Dəyişiklik də bununla əlaqələndirilir.
Pul təklifinin daha effektiv tənzimlənməsi, bank sistemində likvidliyin təmərküzləşməsinin daha da məhdudlaşdırılması və de-dollarlaşma meyillərinin dəstəklənməsi üçün məcburi ehtiyat normalarının diferensiallaşdırılması qaydasına yenidən baxılması zərurəti yaranmışdır. Qeyd edək ki, öncədən planlaşdırıldığı kimi likvidliyin təmərküzləşməsinin məhdudlaşdırılması məqsədilə məcburi ehtiyatların diferensiallaşması dərəcəsinin yüksəldilməsi bank sektorunda sistem risklərinə yol verməmək üçün tədricən həyata keçirilir. Bu məqsədlə aparılmış təhlillər göstərmişdir ki, məcburi ehtiyat normalarının hüquqi şəxslərin depozitlərinin məbləğindən asılı olaraq diferensial tətbiqi likvidliyin təmərküzləşməsini azaltmağa və əlavə vəsaitin sterilizasiyasına imkan yaradır.
Təhlillərin nəticələri əsasında qərara alınmışdır ki, milli valyutada hüquqi şəxslərin depozitlərinin məbləğinin bir milyard manatı, xarici valyutada hüquqi şəxslərin depozitlərinin məbləğinin isə yeddi yüz əlli milyon manat ekvivalentini üstələyən banklar üzrə məcburi ehtiyat normaları bütün öhdəliklər üzrə müvafiq olaraq 10% və 12% səviyyəsində müəyyən olunub.
Milli valyutada hüquqi şəxslərin depozitlərinin məbləği bir milyard manatdan, xarici valyutada hüquqi şəxslərin depozitlərinin məbləği yeddi yüz əlli milyon manat ekvivalentindən az olan banklar üzrə isə məcburi ehtiyat normaları bütün öhdəliklər üzrə müvafiq olaraq 5% və 6% səviyyəsində saxlanılmışdır. Qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə məcburi ehtiyat normaları dəyişməz olaraq sıfır səviyyəsində saxlanılmışdır. Qərara alınmışdır ki, 2023-cü ilin iyul ayından başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun hesablamalı və növbəti saxlama dövründən (2023-cü ilin 15 avqust tarixindən) başlayaraq məcburi ehtiyatları yeni normalara uyğun saxlamalıdırlar. "Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası"nda dəyişikliklər və yeni məcburi ehtiyat normaları barədə banklar müvafiq qaydada məlumatlandırılmışdır. Mərkəzi Bankın qiymətləndirmələrinə görə məcburi ehtiyatların diferensiallaşma qaydasına və normalarına edilən son dəyişikliklər bank sektoru üzrə öhdəliklərin maya dəyərinə cəmisi 0.03-04% intervalında artırıcı təsir göstərir.
Faiz dəhlizinin maliyyə sektorunda digər faizlərə təsirlərini gücləndirmək üçün sterilizasiya yönümlü daimi imkan aləti üzrə günlük limitin 15 avqust 2023-cü il tarixindən ləğv edilməsinə qərar verilmişdir. Xatırladaq ki, sterilizasiya yönümlü daimi imkanlar aləti üzrə günlük limit əsasən banklararası bazarda əməliyyatları aktivləşdirmək məqsədilə tətbiq edilirdi. Son aylarda banklararası bazarda fəallığın və bankların likvidlik mövqeyinin əhəmiyyətli dəyişməsi sterilizasiya yönümlü daimi imkan aləti üzrə günlük limitin ləğvinə şərait yaratmışdır. Bununla da daimi imkan aləti öz klassik funksiyasını yerinə yetirməyə başlayacaqdır ki, bu da banklararası pul bazarında faizlərin Mərkəzi Bankın faiz dəhlizi daxilində formalaşmasına şərait yaratmalıdır.
Bu dəyişikliklər ortamüddətli dövrdə inflyasiya proseslərinin faizlər vasitəsilə daha effektiv idarə edilməsinə xidmət edir.

Banklar     Tarix: 17 iyul 2023

Oxşar xəbərlər

ABB partnyorları ilə görüş ®

ABB-nin partnyorları ilə kommunikasiyaların daha da inkişafı, Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında faydalı rəylərin öyrənilməsi məqsədilə partnyorlarla görüş keçirilib. Görüşdə ABB-nin 80-dən çox partnyoru iştira

"AccessBank" 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb ®

"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə elan olunan tenderin vaxtını uzadıb. Tenderdə iştirak etməkd

Enerji xərclərinizi "Unibank"la azaldın

Evinizdə və ya biznesinizdə enerji xərclərini azaltmaq istəyirsiniz? "Unibank" enerji effektivliyi layihələri üçün yeni güzəştli kredit imkanı təqdim edir. Bank Enerji Effektivliyi Fondunun vəsaiti hesabına bu layihələr

Azərbaycanın Gürcüstana investisiyası 48% artıb

Azərbaycanın Gürcüstan iqtisadiyyatına yönəltdiyi birbaşa investisiyaların həcmi 2026-cı ilin ilk yarısında illik müqayisədə 47,7% artaraq 114 milyon dollara çatıb. Ötən ilin eyni dövründə bu göstərici 77,1 milyon dolla

İrlandiyadan Azərbaycana pul köçürmələri 7 dəfədən çox artıb

2026-cı ilin ilk 6 ayında xaricdən Azərbaycana fiziki şəxslərin göndərdiyi pul baratlarının ümumi məbləği 40.2% artaraq 748.46 milyon dollara çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 533.96 milyon dollar təşkil etmişdi

"PAŞA Bank"ın səhmdarlarının sayı 18 minə yaxınlaşıb

"PAŞA Bank"ın səhmdarlarının sayı bankın keçirdiyi ilkin kütləvi təklifdən (IPO) sonra 18 minə yaxınlaşıb. xəbər verir ki, bu barədə bankın 2026-cı ilin ilk yarısının maliyyə və biznes nəticələrinin təqdimatı zaman

Rabitəbank 32-ci filialını Bakıxanovda açdı

Rabitəbank filial şəbəkəsini genişləndirərək müştərilərinə daha yaxın olmaq və bank xidmətlərinə əlçatanlığı artırmaq istiqamətində növbəti addım atıb. Bankın sayca 32-ci filialı Bakı şəhəri, Sabunçu rayonunda yerləşən "Bakıxano

Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT )öhdəliklərinin kapitala nisbəti ilə bağlı üç hədd müəyyən edilib. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentini

"Yelo Bank"da çalışanların sayı açıqlandı

"Yelo Bank" ASC 2026-cı ilin II rübünün yekunlarına əsasən işçi heyətinin dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin martın 31-nə olan məlumata əsasən bankd


iqtisadi xeberler dollar manat kursu 1000 manatla biznes bu gunun xeberleri pul qazanmaq