"Leobank layihəsi artıq öz bəhrəsini verməyə başlayıb" - UNİBANKIN SƏDRİ
"Biz çox şadıq ki, son illərdə həyata keçirdiyimiz böyük büdcəli sərmayə layihələri, o cümlədən Leobank layihəsi artıq öz bəhrəsini verməyə başlayıb".
Marja.az xəbər verir ki, bunu "Unibank KB ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov bildirib.
Fərid Abuşov 2023-cü ilin birinci yarısını Unibank üçün uğurlu və inkişaflı dövrlərdən hesab edir:
"İlk yarım il ərzində əldə etdiyimiz nəticələr, bankın dayanıqlı inkişafının davam etdiyini və bazar mövqeyinin uğurla möhkəmləndiyini göstərir. Bankın sürətli artımı ilə bərabər kapital mövqeyinin möhkəmlənməsi, xalis mənfəətin həcmindəki ciddi artım, real sektora dəstəyin daha da çoxalması, müştəri əmıliyyatlarının əsasının tədricən rəqəmsal müstəviyə keçidi, bankın stabil və davamlı inkişafının göstəricisidir. Biz çox şadıq ki, son illərdə həyata keçirdiyimiz böyük büdcəli sərmayə layihələri, o cümlədən Leobank layihəsi artıq öz bəhrəsini verməyə başlayıb. Bu xoş nəticələr 2023-cü il üçün qarşıya qoyduğumuz hədəflərə nail olmaqda və müştərilərimiz üçün daha yaxşı layihələr icra etməkdə əminlik yaradır".
Qeyd edək ki, "Unibank Kommersiya Bankı" ASC 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 9 milyon 202 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü manat 790 min xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Unibank"ın xalis mənfəəti 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 8 milyon 412 min manat və ya 11,6 dəfə artıb.
Həmçinin oxu
Unibank birinci yarımili yüksək nəticələrlə başa vurub


Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Startup nədir və necə olur?
5 liderlik göstəricisi
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Kriptovalyuta nədir və necə alınır?
SMM nədir?