Maliyyə göstəricilərində sıçrayış - Bank yüksək məbləğdə pul cəlb edib, kəskin böyüyüb

Maliyyə göstəricilərində sıçrayış - Bank yüksək məbləğdə pul cəlb edib, kəskin böyüyüb"Azər-Türk Bank" ASC 2022-ci ilin 9 ayını 3 milyon 79 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni döbrü ilə müqayisədə Bankın xalis mənfəəti 4,2 dəfə artıb. "Azər-Türk Bank" 2021-ci ilin 9 ayını 729 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja.az xəbər verir ki, 2021-ci ilin yanvar-sentyabr dövründə "Azər-Türk Bank"ın faiz gəlirləri 15 milyon 531 min manat ikən, 2022-ci ilin 9 ayında 23 milyon 443 min manata yüksəlib (50,4% və ya 7 milyon 912 min manat artıb). Bankın qeyri-faiz gəlirləri isə 8 milyon 857 min manatdan 21 milyon 58 min manata qalxıb (2,4 dəfə və ya 12 milyon 201 min manat artıb).
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
2022-ci ilin 9 ayında "Azər-Türk Bank" əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 44 milyon 501 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 36 milyon 925 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 7 milyon 576 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 3 milyon 779 min manat mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyatlara ayırıb və 700 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin 9 ayında "Azər-Türk Bank"cəmi əməliyyat gəlirləri 24 milyon 388 min manat, cəmi əməliyyat xərcləri 23 milyon 963 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 425 min manat təşkil etmişdi. Mümkün zərərlər üçün yaradılan xüsusi ehtiyatlardan azad olmuş 305 min manatın hesabına mənfəət 730 min manata yüksəlmişdi.
Beləliklə, 2021-ci ilin yanvar-sentyabr dövrü ilə müqayisədə 2022-ci ilin 9 ayında "Azər-Türk Bank"ın əməliyyat mənfəəti 17,8 dəfə artıb.
30 Sentyabr 2022-ci il tarixində "Azər-Türk Bank" ASC 844 milyon 194  min manat cəmi aktivlərə malik olub. Bank ötən ilin sonunda 407 milyon 328 min manat cəmi aktivlərə malik idi. Beləliklə, cari ilin 9 ayında Bankın cəmi aktivləri 2,1 dəfə (107%) artıb.
Aktivlərin artması nağd pul vəsaitləri və ekvivalentlərinin, müştərilərə verilmiş kreditlərin və digər banklarda yerləşdirilən depozitlərin artması ilə əlaqədardır.
Ötən ilin sonu ilə müqayisədə "Azər-Türk Bank"ın kredit portfeli 69 milyon 494 min manat və ya 29,7% artaraq 30 sentyabr 2022-ci il tarixində 303 milyon 86 min manata çatıb.
"Azər-Türk Bank"ın aktivlərinin kəskin artması depozitlərin, kredit təşkilatları və digər maliyyə institutlarından cəlb edilmiş vəsaitlərin (kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər) artmasından qaynaqlanır. Ötən ilin sonu ilə müqayisədə "Azər-Türk Bank"ın depozit portfeli 116 milyon 205 min manat və ya 56% artaraq 323 milyon 691 milyon manata, kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 9,4 dəfə və ya 230 milyon 909 min manat artaraq 258 miylon 307 min manata yüksəlib.
30 sentyabr 2022-ci il tarixində "Azər-Türk Bank"  55 milyon 761 min manat məcmu kapitala malik olub.
"Azər-Türk Bank" ASC-nin səhmdarları Azərbaycan Respublikası (75%), "Ziraat Bankası" (12.4%), "AzRe Reinsurance"(6.5%), "Qala Həyat" (5%) və "Ziraat Bank International"dır (1.1%)
Maliyyə göstəricilərində sıçrayış - Bank yüksək məbləğdə pul cəlb edib, kəskin böyüyübMaliyyə göstəricilərində sıçrayış - Bank yüksək məbləğdə pul cəlb edib, kəskin böyüyübMaliyyə göstəricilərində sıçrayış - Bank yüksək məbləğdə pul cəlb edib, kəskin böyüyübMaliyyə göstəricilərində sıçrayış - Bank yüksək məbləğdə pul cəlb edib, kəskin böyüyübMaliyyə göstəricilərində sıçrayış - Bank yüksək məbləğdə pul cəlb edib, kəskin böyüyüb

Banklar     Tarix: 21 oktyabr 2022

Oxşar xəbərlər

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler pul qazanmaq iqtisadiyyat xeberleri biznes xeberleri bitcoin