Maliyyə və mədəniyyət bir arada: akart yeni dizaynlarını təqdim edir

Maliyyə və mədəniyyət bir arada: akart yeni dizaynlarını təqdim edirİnnovativ maliyyə həlli olan akart beynəlxalq ödəniş sistemi Visa və Milli İncəsənət Muzeyi ilə birlikdə yeni kart dizaynlarını təqdim edir. Bu tərəfdaşlıq çərçivəsində Səttar Bəhlulzadə, Vəcihə Səmədova, Tahir Salahov, Mikayıl Abdullayev, Əyyub Məmmədov, Rasim Babayev və Azərbaycanın digər görkəmli rəssamlarının sevilən əsərləri indi akart üzərində əks olunur.
Mədəni irsimizin daha geniş auditoriyaya tanıdılmasına yönəlmiş layihə milli incəsənət nümunələrinin istifadəçilərin gündəlik həyatına inteqrasiyası üçün də xüsusi imkan yaradır.
A-Solutions Elektron Pul Təşkilatının Baş İcraçı Direktoru Həsən Həsənov bildirib: "Bu layihəni ərsəyə gətirməkdə məqsədimiz Azərbaycan mədəniyyətinin zənginliyini müasir maliyyə texnologiyaları vasitəsilə təbliğ etməkdir. Ümid edirəm ki, layihə həm istifadəçilərimiz, həm də incəsənət həvəskarları tərəfindən yüksək qiymətləndiriləcək, qabaqcıl və müasir maliyyə həllərimiz isə milli incəsənət nümunələri ilə birgə hər an, hər yerdə hamı üçün əlçatan olacaq."
Layihənin tərəfdaşı Visa-nın regional direktoru Nurlan Hacıyev qeyd etdi: "A-Solutions və Milli İncəsənət Muzeyi ilə əməkdaşlıq edərək bu xüsusi kart dizaynlarını ərsəyə gətirməkdən məmnunluq duyuruq. Bu əməkdaşlıq təkcə istifadəçilərimizin maliyyə təcrübəsini yaxşılaşdırmaqla kifayətlənmir, həm də Azərbaycanın zəngin mədəni irsini təbliğ edir. İnanıram ki, incəsənətin gündəlik maliyyə əməliyyatlarına inteqrasiyası ölkənin mədəni irsinə olan marağın artmasına da töhfə verəcək."
Hər bir akart istifadəçisi bu yeni dizaynları tamamilə ödənişsiz əldə edə bilər. Seçiminizi akart mobil tətbiqi vasitəsilə edin və milli incəsənətimizi təcəssüm edən innovativ kartlara sahib olun!
Xatırladaq ki, akart "A-Solutions Elektron Pul Təşkilatı" MMC tərəfindən təqdim olunur. Şirkət 16 May 2024-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən lisenziya əldə edən ilk elektron pul təşkilatı kimi fəaliyyətə başlamışdır. "Azercell Telekom" MMC-nin törəmə şirkəti olan A-Solutions, yeni nəsil maliyyə həlli ilə nağdsız hesablaşmalara çıxışı olmayan əhali üçün bu xidməti əlçatan etməyi hədəfləyir.
Daha ətraflı məlumat üçün: / marja.az

Banklar     Tarix: 17 dekabr 2024

Oxşar xəbərlər

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir


iqtisadi xeberler avtomobil xeberleri dollar məzənnəsi kripto biznes krediti