Məhsul və xidmətlərin ödənişini 35 aya qədər hissələrlə qaytar - "Böl-ödə" krediti
(®) Rahat və çevik maliyyə həlləri təqdim edən Birbank, müştərilərinə "Böl-ödə" krediti vasitəsilə məhsul və xidmətləri hissə-hissə ödəmək imkanı yaradır.
"Böl-ödə" krediti ilə Birbank müştəriləri partnyor mağaza və xidmət nöqtələrində bəyəndikləri məhsul və ya xidməti dərhal əldə edərək, ödənişi hissə-hissə həyata keçirə bilərlər. Xidmətin əsas üstünlüklərindən biri də alış-verişin birbaşa partnyor nöqtələrində qısa zaman ərzində, tək şəxsiyyət vəsiqəsi ilə tamamlanmasıdır. Həmçinin onlayn alış-veriş zamanı da müraciət prosesi rahat və sürətli şəkildə həyata keçirilir.
"Böl-ödə" krediti 100 AZN-dən 15 000 AZN-ə qədər təklif olunur. Məhsul və xidmətlərin ödənişini 2 aydan 35 aya qədər aylıq hissələrlə həyata keçirmək mümkündür. Müxtəlif müddət seçimləri isə Birbanklılara ödənişlərini öz büdcələrinə uyğun tənzimləməyə və rahat şəkildə həyata keçirməyə şərait yaradır.
"Böl-ödə" kreditinin geniş partnyor ticarət və xidmət nöqtələrinin siyahısı linkdə təqdim olunur: www.b-b.az/QUnmlb.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. / marja.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Swift nədir?
IMEI kod nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Startup nədir və necə olur?
Biznes nədir və hansı növləri var?