Məmməd Quliyevin ötən il 1 mln. qoyduğu BOKT biznesi xalis mənfəətə keçib

Məmməd Quliyevin ötən il 1 mln. qoyduğu BOKT biznesi xalis mənfəətə keçibMəmməd Quliyevin bank olmayan kredit təşkilatı "NAS Project" MMC 2022-ci ildə aktivlərinin həcmini artırmaqla 2 mln. 613 min manata yüksəldib.
Banker.az xəbər verir ki, bu barədə BOKT-nin audit hesabatında bildirilir.
Hesabata görə, BOKT-nin aktivləri illik müqayisədə 66% artmış olub. Aktivlərindəki artıma əsas səbəb kredit portfelini 1 mln. 477 min manatdan 2 mln. 421 min manata yüksəltməsidir.
Kredit təşkilatı ötən il öhdəliklərini 1 mln. 303 min manatdan 1 mln. 134 min manata endirib.
O zaman sual yarana bilər ki, bu vəsaiti haradan əldə edib kreditlər verib – bu, səhmdarın təşkilata yatırdığı pullar hesabına baş verib. 2022-ci ilin sonuncu rübü səhmdarı tərəfindən BOKT-yə əlavə 1 mln. manatlıq nizamnamə kapitalı yatırılıb.
"NAS Project" BOKT 2022-ci ildə 559 min manat faiz gəliri əldə etməklə 2021-ci ili 6 dəfə üstələyib. BOKT-nin digər gəlir və xərcləri fərqindən əlində 209 min manat üzərində xalis mənfəət qalıb. 2021-ci ili 30 min üzərində xalis zərərlə tamamlamışdı. Öncəki ildə zərər etməsi normal hal sayıla bilər. BOKT 2021-ci ilin ikinci yarısından sonra bazarda iştirak üçün Mərkəzi Bankdan lisenziya əldə edib.
Xatırladaq ki, "NAS Project" BPKT 2021-ci ildə yaradılıb, 1.3 mln. manatlıq səhmlərinin 100%-lik sahibi Məmməd Quliyevdir.
Məmməd Quliyevin ötən il 1 mln. qoyduğu BOKT biznesi xalis mənfəətə keçibMəmməd Quliyevin ötən il 1 mln. qoyduğu BOKT biznesi xalis mənfəətə keçib

Banklar     Tarix: 08 may 2023

Oxşar xəbərlər

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda


iqtisadi xeberler bitkoin almaq biznes qurmaq dollar kursu telefonla pul qazanmaq