Mərkəzi Bank deyir ki, geosiyasi gərginlik Azərbaycanda makroiqtisadi sabitliyə ciddi təhdid yaratmayacaq

Mərkəzi Bank deyir ki, geosiyasi gərginlik Azərbaycanda makroiqtisadi sabitliyə ciddi təhdid yaratmayacaqYaxın Şərq regionunda baş verən son hadisələr fonunda dollar indeksinin möhkəmlənməsi və bu şəraitdə manatın nominal effektiv bahalaşması ticarət tərəfdaşlarında inflyasiyanı neytrallaşdıra bilər.
Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
Məlumata görə, AMB qlobal mühitdə baş verən prosesləri və onların qlobal enerji bazarlarında qiymətlərə təsirlərini davamlı izləyir: "Son hadisələrin qlobal enerji bazarında təklifin daralmasına və bu əsasda enerji məhsullarının qiymətinin artımına təsirləri ehtimal olunur. Neft və qaz qiymətləri üzrə mövcud – fevral fərziyyələri yenilənərsə, AMB bu məlumatları ictimaiyyətlə bölüşəcək".
Tənzimləyici qurumdan qeyd edilib ki, qlobal enerji qiymətləri ticarət tərəfdaşlarında, xüsusilə də enerji idxalçı olan ölkələrdə istehsal xərclərinə təsir göstərir: "Neft və qaz qiymətləri üzrə davamlı artım müşahidə olunarsa, ticarət tərəfdaşlarında inflyasiya arta bilər. Lakin son hadisələr fondunda dollar indeksinin möhkəmlənməsi və bu şəraitdə manatın nominal effektiv məzənnəsinin artması ticarət tərəfdaşlarında inflyasiyanın artımını neytrallaşdıra bilər".
AMB-nin Azərbaycan neftinin qiyməti ilə bağlı proqnozlarına hər hansı dəyişiklik edib-etməyəcəyinə gəlincə belə qeyd edilib: "Əvvəlki dövrlərin təcrübəsi göstərir ki, müvafiq proseslərin qlobal dəyər zəncirinə təsirlərinin qalıcı və keçici olduğunu müəyyən etmək üçün bir qədər vaxt və əlavə təhlillər lazımdır. Hazırda AMB baş verən proseslərin qlobal əmtəə və xidmətlər bazarlarının müxtəlif seqmentlərinə, xüsusilə də Azərbaycan neftinin qiymətinə və idxal olunan ərzaq qiymətlərinə təsirini qiymətləndirir, zəruri olduğu halda özünün yanvar fərziyyələri üzrə müvafiq dəqiqləşmələr aparacaq".
Qurum həmçinin bəyan edib ki, enerji qiymətlərinin artımı tədiyə balansının cari hesablar hesabına əsasən iki istiqamətdə təsir göstərir: "Gəlir kanalı üzrə ixrac gəlirlərimiz artır, xərc kanalı üzrə əmtəə və xidmət idxalı genişlənir. Əlbəttə ilkin və təkrar gəlirlər balansına da təsirlər olur. Lakin əsas təsirlər əmtəə və xidmət üzrə olur. Baş verən proseslərin neft və qazın qiymətinə artım istiqamətində təsir edəcəyi barədə fikir söyləmək üçün qiymətləndirmələr davam etdirilməlidir".
Qeyd edilib ki, cari əməliyyatlar balansının (CƏB) profisiti valyuta bazarında sabitliyin əsas amili kimi çıxış edir: "AMB-nin proqnozlarına görə 2026-2027-ci ildə də CƏB-in profisitli olacağı gözlənilir. Neft və qazın qiyməti artarsa, bu profisitin genişlənməsi yüksək ehtimal olunur".
AMB-nin məlumatında vurğulanıb ki, hazırda maliyyə sektoru stabildir, maliyyə bazarları stabil fəaliyyət göstərir: "Ümumilikdə maliyyə sektorunun bütün göstəriciləri, xüsusilə də kapital adekvatlığı və likvidlik mövqeyi normativləri əhəmiyyətli üstələyir, kredit portfelinin keyfiyyəti üzrə müsbət dinamika müşahidə olunur və dollarlaşma göstəriciləri tarixi minimuma çatıb".
Bildirilib ki, neft qiymətlərinin yüksək səviyyədə qalmasının valyuta ehtiyatlarının idarə olunması strategiyasına təsirinin müsbət olacağı ehtimal olunur.
"Son proseslərin ölkədə makroiqtisadi sabitlik və maliyyə sabitliyi üzrə hər hansı bir ciddi təhdid yaradacağını ehtimal etmirik. Bu, baş verərsə əvvəlki illərin təcrübəsi əsasında deyə bilər ki, AMB hökumətlə birlikdə effektiv şəkildə bu təhdidlərə qabaqlayıcı reaksiya verəcək", – AMB-nin məlumatında vurğulanıb. / banker.az

Banklar     Tarix: 05 mart 2026

Oxşar xəbərlər

"PAŞA Bank"ın səhmləri sentyabr minimumundan 5%-dən çox bahalaşıb

Korporativ bankçılıq sahəsində fəaliyyət göstərən "PAŞA Bank" ASC-nin (BFB: PSHBK) səhmlərinin qiyməti sentyabrın sonundakı minimum səviyyədən 5,2% yüksələrək 55 manat həddinə çatıb, bu iyulun 7-dən bu yana ən yüksə

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını


iqtisadi xeberler dollar məzənnəsi dollar manat kursu biznes ideyalari dollar mezenne