Mərkəzi Bank: Əməkhaqqı və təqaüd kartları üzrə sərbəst bank seçimi müzakirə edilir
Azərbaycan Mərkəzi Bankı (AMB) əməkhaqqı və sosial ödəmə kartları ilə bağlı sərbəst bank seçimi məsələsinə aydınlıq gətirib.
AMB-dən bildirilib ki, ödəniş xidmətlərinə əlçatanlığın artırılması istiqamətində davamlı olaraq aidiyyəti dövlət qurumları ilə birlikdə zəruri tədbirlərin icrası həyata keçirilir.
Qeyd edilib ki, hazırda təqaüdçülərə və dövlət büdcəsindən əmək haqqı alan şəxslərə vəsaitlərin alınması üzrə sərbəst bank seçimi imkanının yaradılması məqsədilə hazırda Mərkəzi Bank tərəfindən aidiyyəti dövlət qurumları ilə birlikdə görülməli işlər barədə aktiv müzakirələr aparır.
"Qeyd olunan modelin əsas üstünlüyü təqaüdçülərə və dövlət büdcəsindən əmək haqqı alan şəxslərə onlara xidmət göstərən bankı müstəqil seçmək imkanını təqdim etmək, habelə müştəri bazasının formalaşdırılması üzrə banklar arasında rəqabətliliyin artırılmasına dəstək göstərməkdir" – AMB-dən əlavə edilib. / banker.az

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
SMM nədir?
Start-up nədir?
ƏDV geri al və onun üstünlükləri
Startup nədir və necə olur?
Layihə menecmenti nədir?