Mərkəzi Bank ESG stress testi üzərində işləyir

Mərkəzi Bank ESG stress testi üzərində işləyirAzərbaycan Mərkəzi Bankı (AMB) ESG (Ətraf mühit, Sosial məsuliyyət və Korporativ İdarəetmə) stress testi üzərində işləyir və növbəti illərdə o, məcburi hala gətiriləcək.
Bunu AMB-nin baş direktoru Şahin Mahmudzadə COP29 çərçivəsində təşkil olunmuş "Daha ağıllı uyğunlaşma və yumşaldıcı həllər üçün iqlim riskinin ölçülməsi" adlı tədbirdə bildirib.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Onun sözlərinə görə, tədricən ESG riskləri "yaşıl kredit"lər, "yaşıl istiqraz"lar və milli taksonomiya ilə əlaqələndiriləcək: "Həmçinin ESG riskinin idarə edilməsini stress testi çərçivəmizə daxil etməyə çalışırıq. Eləcə də, Beynəlxalq Valyuta Fondu ilə keçid riskləri ilə bağlı bir layihəmiz var. Bu layihə ilə keçid dövrünün təsirlərini müəyyən etmək istəyirik"
AMB rəsmisi qeyd edib ki, yerli maliyyə sistemi üçün ESG prinsiplərinin hazırlanmasına bu ildən başlanılıb: "Bununla bağlı bankların rəhbərliyi üçün bir neçə təlimat hazırladıq. Biz prosesə təlimatlarla başlayırıq. Çünki, tənzimləmə dəyişikliyi və ya siyasətin qurulması bir növ iki kənarı kəskin bıçaqdır. Əgər onu daha sərt tətbiq etsəniz, o, kağız üzərində qalacaq və həyata keçirilməyəcək".
"Azərbaycanda keçidin təsirlərini müəyyənləşdirmək və maliyyə sisteminin təhlükəsizliyini təmin etmək üçün AMB yol xəritəsi hazırlayıb. İlk növbədə maliyyə sektorunun sorğulanması ilə başladıq. Sorğu ilə Azərbaycanda sektorun məlumatlılığını öyrənməyə çalışdıq. Düzünü desəm, nəticələr o qədər də yaxşı deyildi.
Bundan başqa, təkcə maliyyə sektorunda deyil, mərkəzi bankda potensialın gücləndirilməsinə çalışırıq. Üç gün əvvəl isə Dünya Bankının texniki köməyi ilə hazırlanmış yerli taksonomiyamızı işə saldıq", – deyə Ş.Mahmudzadə əlavə edib. / banker.az

Banklar     Tarix: 16 noyabr 2024

Oxşar xəbərlər

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs


iqtisadi xeberler dollar mezenne online pul qazanmaq pul qazanmaq bitkoin