Mərkəzi Bank kommersiya bankları ilə bağlı bu qaydaya dəyişiklik edib
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti "Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası"na dəyişikliyi təsdiqləyib.
Banker.az xəbər verir ki, Qərara əsasən, Qaydanın 3.6-cı bəndinə yeni 3.6.1-1-ci yarımbənd əlavə olunub.
Yeni müddəaya görə, xarici valyutada verilmiş kreditlər üzrə təminat kimi kreditin valyutasından fərqli, lakin yalnız avro, funt sterlinq, ABŞ dolları, yapon yeni və İsveçrə frankında olan pul vəsaitləri qəbul olunduqda, bu təminat kredit tələbinin müəyyən hissəsinin təmin olunmuş hesab edilməsinə imkan verir. Belə ki, müddəti bir ilədək olan kreditlərdə həmin təminatın 80 faizinədək, bir ildən çox olan kreditlərdə isə 70 faizinədək hissəsi təmin olunmuş kimi tanınacaq.
Bu dəyişiklik Qaydanın 3.6-cı bəndinə daxildir və bu bəndə əsasən, aidiyyəti şəxslərə qarşı müəyyən kredit tələbləri 3.3-cü bənddəki normativlərin hesablanmasına daxil edilmir. 3.3-cü bənd isə bankların aidiyyəti şəxslərə qarşı kredit tələblərinin ümumi miqdarı üçün müəyyən olunmuş maksimum hədləri tənzimləyir.
Xatırladaq ki, "Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası" bankların aidiyyəti şəxslərə (sahiblər, rəhbərlər, əlaqəli qruplar) verdiyi kreditlərdə risklərin qarşısını almaq və bu şəxslərə qarşı kreditləşmənin həddini sərtləşdirməkdir.

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Bitcoin necə işləyir?
Necə Bitcoin almaq olar?
5 liderlik göstəricisi
Yatırım olmadan necə biznes qurmaq olar?
SWIFT nədir?