Mərkəzi Bank "Nağd pul ofisi"nin iş günlərinin sayını artırıb
Sabahdan Azərbaycan Mərkəzi Bankının (AMB) Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binasındakı əhaliyə xidmət üzrə "Nağd pul ofisi" həftənin çərşənbə axşamı və cümə axşamı günləri ilə yanaşı, çərşənbə günləri də, saat 10:00-dan 13:00-a qədər fəaliyyət göstərəcək.
Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bununla da, əhalidə olan tədavülə yararsız pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı və əhalinin nağd pulla bağlı sorğularının cavablandırılması məqsədilə təşkil olunan xidmət kassasının fəaliyyət günlərinin sayı artırılıb. Vətəndaşlar qeyd edilən ünvanda yerləşən xidmət kassasına yaxınlaşaraq milli pul nişanlarını ekspertizaya təqdim edə və zədələnmiş pulları dəyişdirə bilər.
Əlavə suallarla bağlı AMB-nin "Qaynar xətt"inə (966) müraciət oluna bilər.

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
"iPhone 15" modelinin üstünlükləri
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Onlayn biznes ideyaları
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Startup nədir və necə olur?