Mərkəzi Bank risk əsaslı nəzarət üzrə siyasət konsepsiyasını təsdiqlədi
Dünya Bankı ilə birgə həyata keçirilən "Maliyyə sektorunun modernizasiyası layihəsi" çərçivəsində Azərbaycan Mərkəzi Bank "Risk əsaslı nəzarətin tətbiqi üzrə yeni Siyasət Konsepsiyası"nı (Konsepsiya) təsdiq edib.
Bankera.az xəbər verir ki, bu Konsepsiya maliyyə sektorunda mütərəqqi beynəlxalq təcrübəyə uyğun effektiv nəzarət sisteminin qurulmasına və nəticədə maliyyə sektorunda sistem riskinin minimallaşdırılmasına xidmət edir. Bununla yanaşı, Konsepsiya sənədi yerli və beynəlxalq ictimaiyyətlə Mərkəzi Bankın yeni nəzarət yanaşması ilə bağlı kommunikasiyanı təmin edəcəkdir.
Konsepsiyaya əsasən formalaşdırılmış ARAS (Azerbaijan Risk Assessment System – Azərbaycan Risklərin Qiymətləndirilməsi Sistemi) adlandırılan risk əsaslı nəzarət yanaşması özündə nəzarət subyektlərinin fəaliyyətləri ilə bağlı risklərin erkən aşkarlanmasını, onların və risk idarəetməsi proseslərinin qiymətləndirilməsini, habelə risklərə uyğun proporsional və preventiv nəzarət rejiminin tətbiqini ehtiva edir.
Sözügedən sənəd risk əsaslı nəzarət dövrünü konseptual şəkildə ehtiva etməklə yanaşı, risk əsaslı nəzarətin təşkilati quruluşunu, o cümlədən Nəzarət Komitəsinin, habelə digər strukturların funksiyalarını müəyyən edir. Nəzarət Komitəsi nəzarət təlimatlarının təsdiqi, əsaslandırılmış mülahizənin formalaşdırılması, nəzarət təcrübələrinin nəzərdən keçirilməsi, illik nəzarət planları və nəzarət prioritetləri layihəsinin İdarə Heyətinə təqdim edilməsi kimi funksiyaları icra edəcəkdir.
Konsepsiya eyni zamanda Mərkəzi Bankın "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"nda müəyyən edilmiş aşağıdakı hədəflərə nail olunmasına dəstək verəcəkdir:
Banklara kapital və likvidlik tələblərinin "Bazel III" standartlarına uyğunlaşdırılması
Sığorta sektorunda "Solvency II" standartlarının tətbiqi
Kapital bazarında "IOSCO" prinsiplərinin implementasiyası
Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizə və bazar davranışlarına nəzarətin təkmilləşməsi
Əlavə olaraq, bildiririk ki, Konsepsiyanın tətbiqi nəzarət texnologiyaları (SupTech) və rezolyusiya çərçivəsinin təkmilləşməsi ilə dəstəklənəcəkdir.
Konsepsiya sənədi ilə bu keçiddən istifadə etməklə tanış ola bilərsiniz:
Azərbaycan Respublikası Mərkəzi Bankının risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası / banker.az

Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib
Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq
Bitkoin bahalaşıb - SON QİYMƏT
Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?
Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Azərbaycan banklarına "Moody"s"dən müsbət qiymət: Sistem riskləri azalıb
Nazir: Azərbaycanda 4000-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir
Shopify-da necə satışa başlamaq olar?
Bill Qeyts kimdir?
Birbank xidmətinə necə qoşulmaq olar?
İlon Mask kimdir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt