Mərkəzi Bank Türkiyənin sığorta nəzarəti qurumu ilə əməkdaşlıq edəcək
Azərbaycan Mərkəzi Bankı (AMB) Türkiyənin Sığorta və Özəl Pensiya Tənzimləmə və Nəzarət Agentliyi ilə mövcud və gələcək əməkdaşlıq məsələlərini müzakirə edib.
Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov özünün "Twitter" hesabında bildirilib.
"Türkiyənin Sığorta və Özəl Pensiya Tənzimləmə və Nəzarət Agentliyinin sədri Mehmet Akif Eroğlu və Sığorta Məlumat və Monitorinq Mərkəzinin rəhbəri Serkan Avcının iştirakı ilə hər 2 təşkilatın nümayəndə heyəti ilə video konfrans formatında görüşdük. Görüşdə təşkilatlarımız arasında mövcud və gələcək əməkdaşlıq məsələlərini müzakirə etdik", – deyə AMB sədri əlavə edib.
Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir
Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha rahat və sərfəli şərtlərlə yararlanması məqsədilə yeni kampaniyaya start verib. Belə ki, müştərilər kampaniyadan yararlanmaqla Mastercard Black Edition və Visa Infinit
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət