Mərkəzi Bankda sədrə müşavir və bir baş direktor təyin edildi

Mərkəzi Bankda sədrə müşavir və bir baş direktor təyin edildiAzərbaycan Mərkəzi Bankının rəhbərliyinə yeni təyinatlar olub. Banker.az xəbər verir ki, Ülvin Əliyev Emin oğlu AMB sədrinin müşaviri, Fuad İsayev Fərman oğlu isə Mərkəzi Bankın baş direktoru təyin olunub.
Bununla da, Mərkəzi Bankın sədrinin müşavirlərinin sayı 4-ə, baş direktorların sayı isə 6-ya çatıb.
Ülvin Əliyev yeni vəzifəsinə qədər Mərkəzi Bankda Sədrin ofisi departamentinin direktoru vəzifəsində çalışıb.
1991-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
2013-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının "Sənayenin təşkili və idarə edilməsi" ixtisasının bakalavr pilləsindən məzun olmuşdur.
Əmək fəaliyyətinə 2009-cu ildə "AtaTurizm" MMC-nin "Excelsior" hotelində başlamış, 2010-cu ilədək burada çalışmışdır. 2012-2013-cü illərdə "Moody International LTD" şirkətində müştərilərlə əlaqə mərkəzinin təmsilçisi vəzifəsində işləmişdir. 2013-cü ildən etibarən fəaliyyətini "Azercell Telekom" MMC-də Bakı telefon mərkəzi qrupunun təmsilçisi olaraq davam etdirmişdir. 2013-2016-cı illərdə "PAŞA Bank" ASC-də Müştərilərə xidmət departamentinin əlaqə mərkəzinin koordinatoru, daha sonra Bankın Baş ofisində Biznes mərkəzinin assistenti, Biznesin inkişafı departamentinin Kommersiya, planlaşdırma, monitorinq və seqment strategiyası şöbəsinin məhsullar üzrə koordinatoru vəzifələrində işləmişdir. 2016-2018-ci illərdə "PAŞA Bank" ASC-də Hesab və ödəniş xidmətləri şöbəsinin mütəxəssisi, 2018-2019-cu illərdə Bankın Özəl bankçılıq departamentində "VIP" müştərilər qrupunun mütəxəssisi, 2019-2021-ci illərdə Səhmdarlar və əlaqəli şəxslərə xidmət şöbəsində baş mütəxəssisi vəzifələrində işləmişdir. 2021-ci ildən 2022-ci ilədək "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri və baş icraçı direktorunun icraçı assistenti vəzifəsində çalışmışdır. 2022-ci ildən etibarən fəaliyyətini Mərkəzi Bankda davam etdirərək Mərkəzi Bankın sədrinin ofisində sədrin köməkçisi, Korporativ idarəetmə və katiblik departamentində Sədrin ofisi şöbəsinin rəisi, daha sonra isə Sədrin ofisi departamentinin direktoru vəzifələrində işləmişdir.
2025-ci ilin yanvar ayının 6-dan etibarən Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, iki övladı var.
Fuad İsayev Mərkəzi Bankın kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində çalışıb.
1982-ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunda anadan olmuşdur. Azərbaycanlıdır. Ali təhsillidir.
2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Vergilər və vergitutma" ixtisası üzrə bakalavr, 2007-ci ildə həmin universitetin "Maliyyə və kredit" ixtisası üzrə magistr dərəcələrini fərqlənmə diplomu ilə bitirmişdir.
Əmək fəaliyyətinə 2005-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankında başlamış, 2005-2009-cu illərdə Tədqiqatlar və statistika departamentində iqtisadçı, aparıcı iqtisadçı, 2009-2015-ci illərdə Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət şöbəsində mütəxəssis və böyük mütəxəssis, 2015-2016-cı illərdə həmin şöbənin Bank qrupu üzrə rəhbər vəzifələrində işləmişdir. 2016-2017-ci illərdə "Bank Respublika" ASC-də Risklərin idarə edilməsi departamentində Maliyyə risklərinin idarəedilməsi şöbəsinin rəisi, həmin departamentin direktoru vəzifələrində çalışmışdır. 2017-2019-cu illərdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında Strateji təhlil və risklərin idarə edilməsi idarəsinin rəisi vəzifəsində işləmişdir. 2019-2020-ci illərdə Mərkəzi Bankda İqtisadi təhlil departamentinin Maliyyə sektoru və bazarlarının təhlili şöbəsinin rəisi vəzifəsində fəaliyyətini davam etdirmişdir. 2020-2024-ci illər ərzində Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində işləmişdir.
2025-ci ilin yanvar ayının 6-dan etibarən Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, 2 övladı var.

Banklar     Tarix: 07 yanvar 2025

Oxşar xəbərlər

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır


iqtisadi xeberler valyuta mezennesi 1000 manatla biznes bitcoin qiymeti dollarin kursu bu gun