Mərkəzi Bankı fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək
Azərbaycan Mərkəzi Bankı (AMB) vətəndaşların fişinq hallarından qorunması üçün yeni sistemin tətbiqinə hazırlaşır.
Bunu AMB-nin Baş direktoru Şahin Mahmudzadə bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Kimsə zəng edib hansısa bankın müştərisi olan vətəndaşın adından yeni kredit götürmək istəsə, özünəqadağa sistemi işə düşəcək. Yəni, banka hər hansı məlumatlar təqdim edilsə belə, özünəqadağa varsa maliyyə fırıldaqçısı o qadağanı aradan qaldırmalı olacaq. Bunun üçün isə bir neçə saat lazım olacaq. Bu müddət isə vətəndaşa imkan verəcək ki, banka zəng edib kartını bloklasın və yaxud bildirsin ki, əməliyyat mənə aid deyil", - o qeyd edib.
AMB rəsmisi əlavə edib ki, hazırda maliyyə fırıldaqçıları lazımi məlumatları öyrəndikdən dərhal sonra həmin vəsaiti çıxarıb aparır: "Amma özünəqadağa olandan sonra vəsaiti dərhal, bir dəfəyə çıxarmaq mümkün olmayacaq. Yəni, vətəndaş özünə kredit götürməyə qadağa qoyubsa, ilk növbədə bu qadağa aradan qaldırılmalıdır. Yəni bir şəxs iki dəfə məlumatlarını verməlidir ki, onun vəsaitini çıxara bilsinlər. Bu da ən azı bir neçə saat çəkəcək. Odur ki, fişinq hallarının sayı azalacaq. Yenə də maarifləndirmə təbii ki ən sağlam yoldur, amma daha uzun müddət tələb edir. Amma bu tip alətlərlə də ən azından fırıldaqçılıq hallarının sayını aşağı salacağıq".
© "Report"

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
IMEI kod nədir?
Bitcoin nədir?
İnstaqramda biznes qurmağın yolları
Onlayn biznes ideyaları
Cash Back nədir?