Mərkəzi Bankın sədri "bir neçə bank bağlanacaq" iddialarına cavab verdi
"Mən fərziyələri şərh etmirəm. Əgər hansısa ekspert hansısa bankın bağlanacağını deyirsə, fakt göstərməli, iddiasını əsaslandırmalıdır".
Marja.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bəzi ekspertlərin "bir neçə bank bağlanacaq" açıqlamalarına münasibət bildirərkən deyib.
Taleh Kazımov bildirib ki, Mərkəzi Bankın əsas mandatı maliyyə sabitliyinin təmin edilmısidir: "Maliyyə sektoru sabit inkişaf etsin, iqtisadi artıma dəstəyi təmin etsin, həm də kreditorların hüquqları qorunsun"
Taleh Kazımov əlavə edib ki, hansı maliyyə institutu (bank - red) maliyyə sabitliyinə xələl gətirirsə Mərkəzi Bank müvafiq tədbirlər görür: "İlk öncə onunla maarifləndirmə işləri aparırıq. Əgər hansısa bankın səhmdarı problemi həll edə bilmirsə, lisenziyanın ləğv edilməsi barədə qərar qəbul edilir. Hazırda ciddi problemi olan bank yoxdur. Maliyyə sektorumuz dayanıqlıdır. Hazırda biz maliyyə sektorunda ciddi risklər görmürük".

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Startup nədir və necə olur?
5 liderlik göstəricisi
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Kriptovalyuta nədir və necə alınır?
SMM nədir?