Mərkəzi Bankın sədrindən "İcbari avtosığorta hovuzu" açıqlaması

Mərkəzi Bankın sədrindən Azərbaycanda avtomobillərin icbari sığortası ilə bağlı "daxıl" sisteminə keçid yaxın gələcəkdə gözlənilmir.
Məlumata görə, bunu ötən gün bir qrup sığorta agenti ilə keçirdiyi görüşdə Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
Mərkəzi Bank sədri qeyd edib ki, bu ilin mart ayının sonundan ona avtomobillərin icbari sığortası üzrə sığorta hovuzunun yaradılması ilə bağlı təkliflər olunub. O isə bazarın vəziyyətini analiz edərək təklifi qəbul etməyib.
Taleh Kazımov həmçinin, sığorta bazarının gələcək fəaliyyətini agentlərsiz təsəvvür etmədiyini, bununla belə agentlərin fəaliyyətində yaranan nöqsanların da aradan qaldırılmalı olduğunu vurğulayıb.
Qeyd edək ki, "daxıl" sistemi, yəni sığorta hovuzu tətbiq edildiyi təqdirdə sığorta şirkətləri agent rolunda çıxış etməyə başlayacaqdılar. Bu sistemlə sığotaçılar topladıqları sığorta haqlarını "daxıl"a köçürür və "daxıl"dan sığorta şirkətlərinə satışın həyata keçirilməsinə görə komisyon haqlar ödənilir. Yəni, sığorta şirkətinin funksiyasını "daxıl", agentin funksiyasını isə sığorta şirkəti həyata keçirilir. Bu halda zərərlərin qiymətləndirilməsi və ödənilməsidə daxıl tərəfindən aparılaraq sığortalıların hüquqların və maraqlarının qorunur. Belə olan halda isə sahə üzrə faəliyyət göstərən sığorta agentləri sıradan çıxarılır.
Bu sistem keçmiş requlyator Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyəti dövründə, eyni zamanda dövrü olaraq avtomobillərin icbari sığortasında problemlər yarandığı zaman gündəmə gəlir. Sonuncu dəfə isə bu ilin mart ayında İcbari Sığorta Bürosunun nəzdində belə bir sığorta hovuzun yaradılacağı ilə bağlı sığorta bazarında məlumatlar yayılmışdı. Zərərliliyin artmasını və elektron sistemə keçidi əsas gətirən sığorta şirkətləri bu il aprel ayının 1-dən avtomobillərin icbari sığortası ilə üzrə sığorta agentləri ilə əməkdaşlıqdan imtina ilə bağlı onlara rəsmi məktub göndərmişdilər. Bu isə sığorta hovuzunun yaradılmasını daha da aktuallaşdırmışdı. Ekspertlərin fikrincə, İcbari Sığorta Bürosu və iri sığorta şirkətləri belə bir hovuzun yaradılmasında maraqlı idi. Amma sığorta agentlərinin məsələ ilə bağlı Mərkəzi Banka və digər aidiyyatı qurumlara müraciət etməsi, o cümlədən kiçik sığorta şirkətlərinin etirazları sığorta hovuzunun yaradılması planını arxa plana keçirdi.
© APA / marja.az

Banklar     Tarix: 01 iyun 2023

Oxşar xəbərlər

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib


iqtisadi xeberler en son xeberler dollar kursu bank faizleri biznes qurmaq