Mərkəzi Bankın xarici valyuta ehtiyatları 11.6 mlrd. dollara qalxıb
Azərbaycan Mərkəzi Bankının xarici valyuta ehtiyatları 1 fevral 2026-cı il tarixinə 11.56 mlrd. ABŞ dollarını keçib.
Banker.az xəbər verir ki, bu aylıq 48.6 mln. dollar və ya 0.42% artım deməkdir.
Bununla belə, bu hələ də 2024-cü ilin sentyabrındakı göstəricilərdən aşağıdır.
Belə ki, 2024-cü ilin 3-cü rübündə AMB-nin valyuta ehtiyatları 836.3 mln. dollar azalaraq 10.96 mlrd. dollara düşmüşdü. AMB isə valyuta bazarındakı tələbi dəstəkləmək məqsədilə 424 mln. dollar məbləğində "xüsusi satış" həyata keçirdiyini bildirmişdi. AMB sədri Taleh Kazımov bunun intervensiya kimi deyil, xarici valyutada dövlət xərclərinin icrasına dəstək məqsədilə edildiyini vurğulamışdı.
Beləliklə, Mərkəzi Bank 2024-cü ildəki azalmanın 72%-ni və ya 604 mln. manatını bərpa edə bilib.
Azərbaycan Mərkəzi Bankının 2026-cı il üçün pul bəyanatında isə bildirilir ki, valyuta bazarındakı sabitlik ölkədə qiymət sabitliyinin təmin olunmasında həlledici rol oynayıb. 2025-ci ilin ötən dövründə nağd və nağdsız seqmentlər üzrə ümumilikdə valyuta bazarında təklif tələbi üstələmişdir.



Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Swift nədir?
IMEI kod nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Startup nədir və necə olur?
Biznes nədir və hansı növləri var?