"Merkuri BOKT" ASC-nin 2024-cü il üzrə audit rəyi verilmiş maliyyə hesabatı açıqlanıb
Audit rəyini "Prime Audit and Consulting" audit şirkəti verib.
Kredit təşkilatının faiz gəlirləri 2 milyon 737 min 341 manat, faiz xərcləri 1 milyon 179 min 934 manat, qeyri-faiz gəlirləri 528 min 588 manat, qeyri-faiz xərcləri 1 milyon 816 min 401 manat təşkil edib.
31 dekabr 2024-cü il tarixinə "Merkuri BOKT" ASC-nin cəmi aktivləri 8 milyon 835 min 411 manat olub ki, bu da illik müqayisədə 15.88 % artım deməkdir. Bunun 7 milyon 736 min 424 manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə bu göstərici 6 milyon 762 min 79 manat olub.
Hesabat dövründə təşkilatın cəmi öhdəlikləri 19.41% artaraq 8 milyon 258 min 907 manat olmuşdur.
"Merkuri BOKT" ASC-nin illik mənfəətinin həcmi 82 min 100 manat təşkil edib.
Təşkilat 2012-ci ildə yaradılıb.
/ banker.az

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"iPhone 15" modelinin üstünlükləri
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
Bitcoin necə işləyir?