Moody"s: Azərbaycanın bank sektoru güclü kapital və sabit perspektivlə inkişaf edir

MoodyAzərbaycan hökuməti milli iqtisadiyyata və yüksək dollarlaşma dərəcəsi, lakin nisbətən kiçik həcmlə (ümumi aktivlər ÜDM-in 44%-i səviyyəsində olan) səciyyələnən bank sektorunu dəstəkləmək üçün kifayət qədər resurslara malikdir. Bu barədə "Moody"s" beynəlxalq reytinq agentliyinin "Azərbaycanın bank sisteminin perspektivləri" adlı hesabatına bildirilir.
"Moody"s" bildirir, bu, 2025-ci ilin dekabrına ölkə üzrə ÜDM-in 108%-ni üstələyən böyük həcmli strateji valyuta ehtiyatları ilə dəstəklənir.
Agentliyin analitikləri ölkənin bank sektoru üzrə "müsbət" proqnozu saxlayıblar. Bu qərar sabit əlverişli əməliyyat mühiti və güclü dövlət dəstəyi ilə şərtlənib. Mövcud şəraitin növbəti 12-18 ay ərzində maliyyə müəssisələrinin aktivlərinin yüksək keyfiyyətini və gəlirliliyini dəstəkləyəcəyi gözlənilir. Eyni zamanda, nəzarət normalarının sərtləşdirilməsi kapital adekvatlığını möhkəmləndirəcək və likvidliyin idarə olunmasını yaxşılaşdıracaq. Ölkədaxili gəlirlərin artması ("Müsbət" proqnozlu "Baa3" suveren reytinqi) və bankların əsas fəaliyyətinin cəmləşdiyi qeyri-neft sektorunun inkişafı aktivlərin keyfiyyətinə müsbət təsir göstərəcək. Bu amillər kreditləşmənin artmasına təkan verəcək, hesabatda qeyd edilir.
"Əhəmiyyətli kapital buferləri və sabit mənfəətlilik bankların zərəri kompensasiya etmək və likvidliyi lazımi səviyyədə saxlamaq qabiliyyətini təmin edəcək. Hökumətin bank sektoruna, xüsusilə iri oyunçulara dəstək göstərməyə hazırlıq səviyyəsi və maliyyə imkanları yüksək olaraq qalacaq", – sənəddə qeyd olunur.
Agentliyin ekspertlərinin proqnozlarına görə, aktivlərin keyfiyyəti yaxın 12-18 ay ərzində yaxşı səviyyədə qalacaq. Əlverişli makroiqtisadi vəziyyət borc öhdəliklərinə xidmət göstərilməsinə kömək edəcək: borcalanların ödəmə qabiliyyəti qeyri-neft sahələrindəki sabit göstəricilər və əhalinin gəlirlərinin artması hesabına yüksəlir. Sistemdəki problemli kreditlər 2025-ci ilin dekabrına məcmu kredit portfelinin 2,5%-i səviyyəsindədir (müqayisə üçün: 2024-cü ildə 2,4% və 2023-cü ildə 2,6%), ehtiyatlarla təminat isə 220%-i ötüb.
"Kredit portfelinin keyfiyyəti istehlak kreditləşməsi sahəsində ciddi tənzimləyici tədbirlər sayəsində əlavə dəstək alacaq, Azərbaycan manatının məzənnəsinin sabitliyi isə xarici valyutada kreditlərə xidmət göstərilməsinə müsbət təsir göstərəcək (2025-ci ilin dekabrına portfelin 14,2%-i)", – "Moody"s"in analitikləri hesab edirlər.
Hesabatın müəlliflərinin fikrincə, kapitallaşma səviyyəsi yüksək olaraq qalacaq. Reytinqli Azərbaycan bankları möhkəm kapital ehtiyatlarına malikdir: maddi adi kapitalın (TCE) risk dərəcəsi ilə ölçülmüş aktivlərə (RWA) orta çəkili nisbəti 2024-cü ilin sonuna 20% təşkil edib.
"2025-ci il martın 1-dən 0,5% səviyyəsində kontr-tsiklik kapital buferi tələbinin qüvvəyə minməsi kapitalın möhkəmlənməsi üçün əlavə amil oldu. Kapitalın daxili generasiyasının kapitallaşmanın saxlanmasında mühüm rol oynamağa davam edəcəyi gözlənilir", – "Moody"s" hesab edir.
Agentlik bank sahəsində mənfəətliliyin saxlanacağını proqnozlaşdırır. Reytinqli banklarda xalis mənfəətin maddi aktivlərə nisbətinin orta göstəricisi 2-3% diapazonunda qalacaq. Bu, sabit xalis faiz marjası, əhəmiyyətli komissiya gəlirləri və ehtiyatların formalaşdırılmasına çəkilən mötədil xərclərlə dəstəklənir. Son illərdə marjanın yüksəlməsi artan tələb fonunda pərakəndə müştərilərə və kiçik və orta biznesə verilən yüksək gəlirli kreditlərin payının artması ilə bağlıdır.
"Bununla belə, marja müəyyən təzyiq altında qala bilər: Mərkəzi Bankın uçot dərəcəsinin azalması faiz aktivlərinin gəlirliliyinin azalmasına gətirib çıxarır, əmanətçilər uğrunda sərt rəqabət səbəbindən maliyyələşdirmə dəyəri isə kifayət qədər yüksək olaraq qalır. Məcburi ehtiyat normativlərinin artırılması da mənfəətliliyin artımını cüzi şəkildə məhdudlaşdıra bilər, lakin mənfəətlilik yüksək səviyyədə qalacaq", – hesabatda vurğulanır.
Azərbaycan bankları üçün əsas maliyyələşdirmə mənbəyi müştəri depozitləri olaraq qalır, onların həcmi 2025-ci ilin dekabrına illik hesabla 1,4% artaraq bütün öhdəliklərin təxminən 77%-ni təşkil edib. Əmanətlərin dollarlaşma səviyyəsi 37%-ə qədər (bu göstərici 2022-ci ilin sonunda 48% və 2016-cı ildə 70%-dən çox olub) azalıb. 2025-ci il dekabrın sonuna bank sisteminin aktivlərinin təxminən 41%-ni likvid alətlər – nağd vəsaitlər və onların ekvivalentləri, digər banklardakı depozitlər, həmçinin suveren və kvazisuveren istiqrazlara yatırımlar təşkil edirdi ki, bu da xarici sarsıntılara qarşı etibarlı bufer yaradır.
"Dövlətin kredit qabiliyyətinin güclənməsi və bunun müsbət suveren proqnozda əks olunması aparıcı bankların əmanətçilərinə dövlət dəstəyinin bundan sonra da davam edəcəyini göstərir", – agentlik vurğulayır.
"Moody"s" qeyd edib ki, 2025-ci ilin dekabr ayına Azərbaycanın bank sisteminin bütün aktivlərinin təxminən 56%-i beş ən iri kommersiya bankının payına düşüb. / banker.az

Banklar     Tarix: 25 fevral 2026

Oxşar xəbərlər

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca


iqtisadi xeberler dollar manat kursu investisiya bitkoin qiymeti dollar məzənnəsi